Robot və variator qutulu avtomobillər tamamilə yığışdırılır? MÜHÜM AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Avtomobillərin robotlaşdırılmış ötürücü qutuları adətən sürücüləri tərəddüddə qoyur. Təmir və servis xərcləri, səriştəli usta tapmaq çətinliyi ilə bağlı narahatlıqlar sürücüləri bu avtomobillərdən uzaqlaşdırır. Servis ustalarının özləri də bu qutulara ehtiyatla yanaşırlar. İş o yerə çatıb ki, Rusiya kimi böyük avtomobil bazarı olan ölkədə robot ötürücülü bəzi avtomobillər tədricən sıradan çıxır və onların əvəzinə daha etibarlı hesab olunan alternativlərə maraq artır.
Ustalar bildirirlər ki, robot qutularda aktuatorların aşınması təmir xərcini yüksəldə bilər.
Bundan başqa yağın, temperaturun və texniki xidmətin kiçik nasazlığı və azacıq gecikməsi belə ciddi problemlərə, böyük xərclərə səbəb ola bilər. İkinci əl bazarında isə uzunmüddətli istismarı (“probeqi”) alıcıları uzaqlaşdırır.
Amma burada başqa bir sual ortaya çıxır: son illərdə bazara çıxarılan yeni avtomobillərin əhəmiyyətli hissəsi məhz robotlaşdırılmış ötürücü ilə təchiz olunur.
Əgər sürücülərin bu qutularla bağlı narazılığı artırsa, gələcəkdə onları hansı texnologiya əvəz edəcək?
Avtomobillər üzrə ekspert Aslan Seyidov Bizim.Media-ya açıqladı ki, əslində son modellərin hamısı düşünüldüyü kimi robot ötürücü ilə gəlmir.
Hazırda istehsalçılar bir neçə fərqli ötürücü qutu təklif edirlər:
“Klassik hidromexaniki avtomat, yəni 7, 8 pilləli qutular hələ də istehsaldadır və onlar etibarlı olduğu üçün şirkətlər bu ötürücü ilə avtomobil buraxmağa davam edirlər. Yəni robot və variatorların gələcəkdə tamamilə yığışdırılıb bir başqa qutu ilə əvəz olunması planı yoxdur.
Əksinə, avtomobilin tipindən asılı olaraq müxtəlif sistemlər qalacaq. Məsələn, Toyota, Mazda, Honda kimi yapon nəhəngləri klassik pilləli qutuları saxlayırlar. Bu avtomobillərin də necə etibarlı olduğunu hamı bilir”.
Ekspert diqqətə çatdırdı ki, məhz quru muftalı robot qutudan ehtiyatlı olmaq lazımdır.
Tıxac, tez-tez dayanıb-sürmə, isti hava və sürücünün qutunu düzgün istifadə etməməsi mufta sisteminə əlavə yük yarada bilər.
Şəfiqə Şəfa, Bizim.Media
Baxış sayı:110
Bu xəbər 18 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















