Icma.az
close
up
RU
Roi Kehat: Azərbaycandan bir neçə komanda mənimlə maraqlanıb

Roi Kehat: Azərbaycandan bir neçə komanda mənimlə maraqlanıb

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehatın futbolinfo.az saytına müsahibəsi

- Son turlardakı uğurlu nəticələrdən sonra “Araz-Naxçıvan”la matçda da ən azı məğlubiyyətsizlik seriyanızı davam etdirəcəyiniz gözlənilirdi. Ancaq bunu bacarmadınız və meydanı xalsız tərk etdiniz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Son oyunlardakı uğurlu nəticələrdən sonra “Araz-Naxçıvan”la görüşə də inamlı çıxmışdıq. Ancaq matça yaxşı başlamadıq və qol buraxdıq. Hesabda geri düşdükdən sonra oyuna nəzarəti ələ keçirdik. Tarazlığı bərpa etmək üçün kifayət qədər qol imkanımız oldu. “Araz-Naxçıvan” ikinci qolu vuranadək hesabı bərabərləşdirə bilsəydik, əminəm ki, oyunun nəticəsi fərqli olacaqdı. Bizdə son zərbələr və ötürmələr çatmırdı.

- Növbəti turda “Şamaxı” ilə oynayacaqsınız. Məğlub olacağınız halda, rəqib sizi turnir cədvəlində qabaqlayacaq. Bu matçdan gözləntiniz nədir?

- Bizim üçün çox vacib oyundur. Komandamızın hər bir üzvü bunun fərqindədir. “Şamaxı”ya qarşı oyunlarda həmişə çətinliklə üzləşirik, buna baxmayaraq, sonadək mübarizə aparırıq. Onlarla görüşlərimiz əksər vaxtlar bərabər mübarizə şəraitində keçir. Budəfəki matça da ən yaxşı şəkildə hazırlaşacağıq və meydana tam fokuslanmış halda çıxacağıq.

- Hazırda sonuncu pillədən 9 xal öndəsiniz. Bu, “Sumqayıt”ın Premyer Liqadakı yerini qoruyacağını deməyə əsas verirmi? Yoxsa qalan 7 oyunda da üzərinizdə təzyiq hiss edəcəksiniz?

- Futbolda yekun nəticə bilinənə qədər konsentrasiyanı qoruyub saxlamalısan. Dünya futbolu tarixində bütün liqalarda inanılmaz nəticələrlə qarşılaşa bilərsiniz. 9 xallıq fərq yaxşıdır, ancaq bizim üçün tam qaneedici deyil. Komanda yoldaşlarıma güvənim tamdır. İnanıram ki, qalan matçlarda özümüzü yaxşı tərəfdən göstərə və xallar qazanaraq liqadakı yerimizi qoruya biləcəyik.

- Azərbaycanın digər komandalarından və ya başqa ölkələrin klublarından təklifləriniz varmı? Növbəti mövsümlə bağlı planınız nədir?

- Müqaviləmdə qeyd olunan bəndə əsasən, “Sumqayıt”ın növbəti mövsümöncəsi seçim etmək haqqı var. İnsiativ klubdadı. “Sumqayıt”ı sevirəm və buradakı insanlara bağlanmışam. Agentimin bildirdiyinə görə, Azərbaycandan bir neçə komanda mənimlə maraqlanıb.

- Cari mövsümdəki fərdi performansınızı necə dəyərləndirirsiniz? Öz çıxışınız sizi tam qane edir?

- Bəli, çıxışımdan razıyam. Təbii ki, mövsüm ərzində həm yaxşı, həm də pis keçirdiyin matçlar olur. Amma mən hər dəfə ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edirəm.

- Azərbaycan Premyer Liqasında başqa klublarda sizin mövqeyinizdə çıxış edən futbolçulardan kimi bəyənirsiniz? Və hansı komandaya qarşı oynayanda daha çox çətinlik çəkirsiniz?

- Düşünürəm ki, liqanın ən yaxşı oyunçularından biri Yassin Benziadır. Həm hücum etmək, həm də müdafiə olunmaq baxımından güclüdür, topu çox yaxşı idarə edir və oyunu oxumaq, meydanı görmək qabiliyyətinə malikdir. Sualın ikinci hissəsinə gəlincə, “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Bu, “Qarabağ”ın oyunçularının keyfiyyəti və komandanın kimyası ilə əlaqədardır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri