Icma.az
close
up
RU
Roma Avropa bürokratiyasını ittiham edib VİDEO

Roma Avropa bürokratiyasını ittiham edib VİDEO

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, İtaliyanın baş naziri Corca Meloninin müavini, “Liqa” partiyasının lideri Matteo Salvini “Corriere della Sera” qəzetinə müsahibəsində belə deyib.
“Tariflər səhv və zərərlidir, lakin biz praqmatik olmalı və etiraf etməliyik ki, Brüssel bürokratiyası və məhdudiyyətləri heç də bundan geri qalmır. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin bu yaxınlarda onların tətbiqini yenidən təxirə salması fonunda tariflərlə bağlı qərarı hələ də yumşaltmaq olar”, - siyasətçi bildirib.
İtaliyanın əmək nazirinin müavini və “Liqa” partiyasının nümayəndəsi Klaudio Duriqon isə ABŞ-nin Avropa ixracatına rüsum tətbiq etməsində birbaşa Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni günahlandırıb.
- Biz fon der Lyayenin rəhbərlik etdiyi Avropaya görə bu vəziyyətdəyik. Onun siyasəti əvvəldən uğursuz olub - avtomobil sektorunu və “yaşıl keçidi” xatırlayın. Bütün bunlar iş yerlərinin itirilməsinə gətirib çıxarır. İndi də o, ABŞ ilə danışıqlar aparır”, - siyasətçinin bəyanatından “La Repubblica” qəzeti sitat gətirir.
Duriqon öz partiyasının ABŞ prezidenti Donald Trampın miqrasiya və iqtisadiyyatın qorunması ilə bağlı mövqeyini bölüşdüyünü açıqlayaraq, Brüsselin sərt mövqeyinə qarşı çıxıb. O, bildirib ki, “Liqa” partiyası cavab tarifləri ilə bağlı təhdidləri dəstəkləmir və Aİ bürokratiyası ölkələrə bu məsələ ilə bağlı danışıqlarda daha çox sərbəstlik verməlidir.
Ümumiyyətlə, “Liqa” partiyası və onun lideri Matteo Salvini uzun müddətdir ki, AK sədrini tənqid edir. Partiyanın Avropa Parlamentindəki (AP) deputatları Ursula fon der Lyayenin yenidən seçilməsinə qarşı səs verib və etimadsızlıq qətnaməsini dəstəkləyiblər. İtaliyanın baş naziri Corca Meloni də “yaşıl keçid”ə şübhə ilə yanaşır və bunu “zərərli ideologiya” adlandırır.
Yeri gəlmişkən, Corca Meloni ABŞ siyasətinə təsir göstərə bilmədiyi üçün ölkə daxilində tənqid olunub, lakin rəsmi Roma bildirir ki, yalnız AK Vaşinqtonla ticarət danışıqları aparmaq mandatına malikdir.
Xatırladaq ki, iyulun 13-də ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Aİ və Meksikadan gətirilən mallara 30%-lik rüsum tətbiq olunacağını bəyan edib. Onun sözlərinə görə, bu ölkələr analoji addım atacaqları təqdirdə, Amerika öz rüsumlarına həmin tariflərin həcmini də əlavə edəcək.
Trampın qərarının əsas transatlantik əlaqələrə xələl gətirəcəyi barədə xəbərdarlıq edən Ursula fon der Lyayen razılığa gəlməyə çalışmaqla yanaşı AK-nin əks tədbirlər hazırlayacağına da söz verib.
Almaniyanın vitse-kansleri və Maliyyə naziri Lars Klinqbayl, öz növbəsində, Aİ-ABŞ ticarət mübahisəsini tez bir zamanda həll etməyə çağıraraq tarif danışıqlarının nəticəsiz qalacağı təqdirdə Vaşinqtona qarşı “güclü” cavab tədbirlərinə ehtiyac olduğunu iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri