Roma Papası İrandakı münaqişə ilə bağlı çağırış etdi
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Roma Papası XIV Leo zorakılığın dayandırılmasına çağırış edib və dialoq üçün imkanların yaradılmasını tələb edib.
Teleqraf xəbər verir ki, Müqəddəs Pyotr meydanında keçirilən "Angelus" duası zamanı çıxış edən Papa XIV Leo İran və bütün Orta Şərqdən dərin narahatlıq doğuran xəbərlərin gəlməyə davam etdiyini bildirib.
Papanın sözlərinə görə, mövcud münaqişə bölgədə qorxu və nifrəti artırır. O, həmçinin qarşıdurmanın daha da genişlənərək "əziz Livan" da daxil olmaqla digər ölkələri də öz ağuşuna almasından ciddi narahatlığını ifadə edib.
Pontifik sülhün təmin olunması üçün dua etməyə çağırıb:
"Gəlin Rəbbimizə təvazökarlıqla dua edək ki, bombaların nəriltisi kəsilsin, silahlar sussun və xalqların səslərinin eşidilə biləcəyi dialoq üçün mühit yaradılsın".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Mart 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















