Icma.az
close
up
RU
Roma Papası korsikalılar üçün “ümid işığı” olacaqmı?

Roma Papası korsikalılar üçün “ümid işığı” olacaqmı?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Papa Fransisk adaya səfər edəcək

Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.

BTQ səfər ərəfəsində Roma Papasına müraciət edib

Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib. BTQ Korsika xalqının da  hüquqlarının qorunması üçün müxtəlif tədbirlər keçirir. Yeri gəlmişkən, bugünlərdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papası Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb. A.Abbasov əvvəlcə təşkilatın məqsədi barədə məlumat verib və qeyd edib ki, əsas məqsəd dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Qoşulmama Hərəkatının Nizamnaməsində də təsisçilər tərəfindən qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.

BTQ hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur. BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda Qoşulmama Hərəkatı “Troyka”sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır.

COP29 çərçivəsində müstəmləkəçiliyə qarşı tədbirlər keçirilib

A.Abbasov məktubunda onu da vurğulayıb ki, beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ BMT qərargahları daxil olmaqla, dünyanın müxtəlif ölkələrində təxminən 20-yə yaxın beynəlxalq konfrans təşkil edib. Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ öz fəallığı ilə xüsusi seçilib. COP29 çərçivəsində müasir dünyada müstəmləkəçilik və neomüstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilib. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinika, Fransız Qvianası, Qvadelupa, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə verib.

A.Abbasov məktubunda Roma Papasının dekolonizasiya prosesinə göstərdiyi diqqətin beynəlxalq ictimaiyyətə məlum olduğunu deyərək martın 30-31-də Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, dekolonizasiya və yeni müstəmləkəçilik: Sosial ədalət və ümumi rifah perspektivi” adlı forumda onun söylədiyi bu sözlərin çox təsirli olduğunu diqqətə çatdırıb:  “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir”.

Roma Papasından xahiş edilib

“Zati-müqəddəsləri, dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi, “Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır”, bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir. Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil olunmasını tələb edən müraciət də təqdim edib. Bundan başqa, noyabrın 19-da Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum olunub”,-deyən BTQ-nin icraçı direktorunun sözlərinə görə, dekolonizasiya təkcə siyasi proses deyil, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur. A.Abbasov Roma Papasından adaya səfəri zamanı Korsikadakı vəziyyəti nəzərə almanığı xahiş edib və inamını ifadə edib ki, onun varlığı təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaq.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri