Roma Papası özü nəfəs almağa başlayıb
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşır, tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Pontifik artıq nəfəs almasına kömək edən mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Maskadan istifadənin dayandırılması onu göstərir ki, Fransiskin ağciyərləri indi özbaşına daha yaxşı və daha güclü işləyir. Papa gün ərzində yüksək axınlı oksigen dəstəyindən asılılığını da azaldıb. Pnevmoniya infeksiyası tam aradan qalxmasa da, klinik vəziyyət nəzarət altına alınıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Paylaş
Baxış sayı:75
Bu xəbər 20 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















