Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 fevral, AZƏRTAC
Martın 9-da Romada dünya nizamının taleyüklü bir dönəmində müsəlmanların, xristianların və yəhudilərin görüşü keçiriləcək.
AZƏRTAC Müqəddəs Taxt-Tacın “Vatican News” portalına istinadla xəbər verir ki, ikinci dəfə təşkil olunan bu görüşün məqsədi dərin geosiyasi yaralar, humanitar böhranlar və müharibə tufanları ilə səciyyələnən bir dövrdə dialoqu davam etdirmək və onu daha da möhkəmləndirməkdir.
Azərbaycanın və Mərakeş Krallığının Müqəddəs Taxt-Tacdakı səfirliklərinin təşəbbüsü və “Beynəlxalq Media Kommunikasiya Klubu”nun (MICC) təşkilatçılığı ilə keçirilən tədbir vətəndaşlarla dövlət və ictimai qurumlar arasında birbaşa körpülər qurmağı hədəfləyir.
Tədbirdə dünya dini və mədəni mühitinin aparıcı simalarının, o cümlədən Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















