Romen Katambara: Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 yanvar, AZƏRTAC
Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.
O bildirib ki, Reyunyon adasında hökm sürən iqtisadi çətinliklərə paralel olaraq yerli əhalinin müxtəlif icmaları arasındakı gərginliyi də vurğulamaq lazımdır.
Fransa rəsmiləri guya Reyunyonda mütəşəkkil cinayətlərin artması, ətraf mühitə ziyanın vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması təbliğatını aparmaqla ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meylərinin qarşısının almaq məqsədi güdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















