Romeronun “İnter”dən maliyyə tələbi məlum olub
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Milanın “İnter” klubu argentinalı müdafiəçi Kristian Romeronun transferi ilə bağlı yaxın vaxtlarda yekun qərar verməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, futbolçunun maaşı transferin reallaşmasına mane olmayacaq. Belə ki, Romero hazırda “Tottenhem”də aldığı maaşın eyni məbləğini tələb edib və “İnter” bu şərti qəbul etməyə hazırdır.
“Neradzurrilər" 2026-cı il dünya çempionatının gümüş mükafatçısı uğrunda mübarizədə tək olmadıqları üçün danışıqları sürətləndirmək qərarına gəliblər.
28 yaşlı müdafiəçinin transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Onun “Tottenhem”lə qüvvədə olan müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında Romero yeddi oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:63
Bu xəbər 03 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















