Romulonun talibləri artır: Ən ciddi təklif Super Liqadandır
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Super Liqa təmsilçisi "Göztepe"nin braziliyalı hücumçusu Romulo Kardoso həm Türkiyə, həm də Avropa klublarının radarına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə "DHA" nəşri məlumat yayıb.
Hollandiyadan "Ayaks" və "Feyenoord", İtaliyadan "Roma", Fransadan "Monako", Almaniyadan "Leypsiq", İngiltərədən "Nottinqem Forest" və Belçikadan "Anderlext"in braziliyalı ilə maraqlandığı bildirilib.
Mənbənin məlumatına görə, Türkiyədən ən ciddi təklif “Trabzonspor”dan gəlib.
Rəhbərlik Romulonun transfer qiymətini ən azı 15 milyon avro olaraq təyin edib.
Ötən mövsüm “Göztepe” ilə 33 matça çıxan braziliyalı futbolçu 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
PSJ - "Atletiko" matçında azarkeş rekordu “Fənər” “Tottenhem”in ulduz futbolçusunu istəyir “Nitsa”nın forvardı Türkiyə yolunda “Milan” İsveçrə millisinin üzvü ilə maraqlanır Qattuzo İtaliya millisində - RƏSMİ
Dünyanın ən güclü super kompüteri
21 Noyabr 2024 12:03
Super Liqanın ən bahalı “11liy”i Siyahı
24 Dekabr 2024 04:27
Reis: “Qalatasaray” Super Liqanın ən yaxşı komandasıdır
05 Noyabr 2024 09:42
İsgəndərli seçim qarşısında: Super Liqadan təklif var
10 Yanvar 2025 19:23
Bundesliqadan Super Liqaya
07 Aprel 2025 21:15

