Ronaldinyo Azərbaycan klublarının gənc futbolçuları ilə görüşdü
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Qauço yeniyetmə və gənc futbolçularla görüşüb.
Publika.az xəbər verir ki, o, ölkənin aparıcı klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb. 44 yaşlı əfsanə ilə görüşə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"nin aşağı yaş futbolçuları qatılıblar.
Görüşün sonunda ona AFFA rəhbərliyi tərəfindən Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Qeyd edək ki, Ronaldinyo BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ötən gün Bakıya gəlib.
Heybət
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















