Ronaldinyonun nikahdankənar qızı var? afrikalı futbolçu bənzərliyi ilə gündəm oldu FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Afrikalı qadın futbolçu Mişe Minnis son günlər qeyri-adi bənzərliyi ilə sosial mediada müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, o, məşhur braziliyalı futbol ulduzu Ronaldinyoya olan inanılmaz oxşarlığı ilə diqqət çəkib.
Fotoları yayıldıqdan sonra futbolsevərlər onun Ronaldinyonun qızı və ya qohumu olub-olmaması barədə müzakirələr açıb. Xüsusən də onun gülümsəyərkən sima cizgiləri, saç düzümü və oyun tərzi braziliyalı əfsanəni xatırladır.
Maraqlıdır ki, Ronaldinyo 2000-ci ildə Cənubi Afrikada keçirilən yoldaşlıq oyununda iştirak etmişdi. Bir il sonra, 2001-ci ildə isə Minnis dünyaya gəlib. Bu təsadüf də sosial şəbəkələrdə müzakirələri daha da "alovlandırıb".
Hazırda gənc futbolçu öz oyunu ilə diqqət çəkməyə çalışsa da, çoxları onu məhz Ronaldinyoya olan oxşarlığı ilə tanıyır. Minnisin özü isə bənzətmələrdən qürur duyduğunu, lakin ən böyük arzusunun məşhur ulduz kimi uğurlu karyera qurmaq olduğunu bildirib.
Hüseyn
Milli.Az
Baxış sayı:88
Bu xəbər 15 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















