“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus UEFA Millətlər Liqasının Liqa A mərhələsinin 2-ci turunda Norveçlə keçiriləcək oyunda Kriştiano Ronaldonun start heyətində olub-olmayacağı barədə danışıb.
QOL.az xəbər verir ki, "Record" nəşrinin məlumatına görə, mütəxəssis 40 yaşlı hücumçunun Uelslə görüşdəki çıxışını dəyərləndirib.
"Uelslə oyundan başlayaq. Cərimə meydançası daxilindən 15 zərbə endirdik və onların 7-si Ronaldonun payına düşdü. Bu zərbələrin 2-si qapıya dəqiq çatdı. Onun 7 qol epizodu oldu. Digər oyunlarla müqayisədə bu, çoxdur. Əvvəllər onun bir, iki və ya heç bir qol imkanı olmurdu.
Əlbəttə, daha yaxşı oynaya bilər. O, qola yaxın idi. 65 dəqiqə meydanda qaldı. Start heyətində meydana buraxacağam, yoxsa ehtiyatda saxlayacağam? Buna hələ qərar verilməyib. Kriştiano, bunu istəsək də, istəməsək də, 20 yaşlı Joo Neveşə bənzəmir. Neveş üç gündən bir iki oyunda ardıcıl oynaya bilər".
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 26 Sentyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















