Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Heç bir oyun asan keçmir. Liqanın da, “Sabah”ın da səviyyəsi yüksəkdir. Rəqibin oyununu analiz etmişdik. Bilirdik ki, matça yüksək tempdə başlayacaqlar. Biz də buna hazır idik”.
QOL.az xəbər verir ki, bu sözləri “İmişli”nin müdafiəçisi Ronaldo de Souza Misli Premyer Liqasının VI turunda səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: “Oyun yüksək tempdə keçdi. Rəqib təzyiq göstərib erkən qol vurmağa çalışırdı. Həftə boyu bunun üzərində xüsusi işləmişdik. Lakin düşünürəm ki, rəqib nə qədər güclü olsa da, xal almaq mümkün idi. Qol da vurduq. Sadəcə sonluq istədiyimiz kimi alınmadı”.
“Ən azından 1 xal qazanmağınıza nə mane oldu?” sualını braziliyalı müdafiəçi belə cavablandırıb: “Xal ala bilərdik. Hətta deyərdim, buna yaxın idik. Sona yaxın hesab arasındakı fərqi azaltdıq. Sonradan irəli atıldıq ki, ikinci qolu da vuraq. Təəssüf ki, sonluq istədiyimiz kimi olmadı. Əvəzində əks-hücumda qol buraxdıq. Ümumilikdə, komandamızın çıxışından razı qaldım. Özümüzü yaxşı tərəfdən göstərdik”.
Ronaldo növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “İstəyimiz hər matçda maksimum xal qazanmaqdır. Bilirik ki, heç bir oyunumuz asan keçmir. Milli fasilə bizə kömək edəcək. Daha çox hazırlaşacağıq. “Qarabağ” güclü rəqibdir, lakin futbolda hər şey mümkündür. Rəqib nə qədər güclü olsa da, o demək deyil ki, heç bir şansımız yoxdur”.
Baxış sayı:102
Bu xəbər 20 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















