Ronaldo Messi ilə rəqabətindən danışdı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messi ilə münasibətlərindən danışıb. O, mükafatlandırma mərasimlərində birlikdə yaşadıqları maraqlı bir hadisəni də xatırlayıb.
QOL.az xəbər verir ki, Ronaldo bu barədə “The Touchline”a açıqlamasında bildirib.
"15 il ərzində mükafatlandırma mərasimlərində səhnəni bölüşmüşük və həmişə çox yaxşı münasibətimiz olub. Yadımdadır, aparıcıların və qonaqların dediklərini onun üçün tərcümə edirdim. Bu, həqiqətən də əyləncəli idi!
Leo həmişə mənə böyük hörmətlə yanaşıb. Təbii ki, o, öz klubunun maraqlarını qoruyurdu, mən də öz komandamın rənglərini müdafiə edirdim. O, millisi üçün mübarizə aparırdı, mən də öz millim üçün. Amma bu, tamamilə sağlam idman rəqabəti idi.
Əminəm ki, bütün bu illər ərzində bir-birimizi daha da inkişaf etməyə sövq etmiş və motivasiya etmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Oktyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















