Ronaldo: "Belə insanlar heç vaxt stadiona buraxılmamalıdır"
Icma.az bildirir, Qol.az portalına istinadən.
Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo azarkeşlərin “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşə qarşı davranışına münasibət bildirib.
QOL.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda “Əl-Nəsr” “Əl-Hilal”a 0:6 hesabı ilə məğlub olub. Qarşılaşma zamanı azarkeşlər Ruben Neveşdə top olan zaman “Jota, Jota” şüarları səsləndirib.
Ronaldo bu davranışı pisləyib: “Liqa belə davranışlara qarşı tədbir görməli və azarkeşləri cəzalandırmalıdır. Bu artıq futbol deyil və müəyyən sərhədlər olmalıdır. Belə davranan insanlara bir daha heç vaxt stadiona giriş icazəsi verilməməlidir”.
Qeyd edək ki, Portuqaliya millisinin hücumçusu Dioqu Jota 3 iyul 2025-ci ildə 28 yaşında avtomobil qəzasında həyatını itirib. Onun qardaşı Andre Silva da qəza zamanı həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 13 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















