Icma.az
close
up
RU
Ronaldo rekordlardan doymur ki doymur

Ronaldo rekordlardan doymur ki doymur

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-Nəssr”in “Əl-Fateh” üzərindəki qələbəsinə (3:1) yardım etdi. 39 yaşlı portuqaliyalı 3-cü qolu rəqib qapısından keçirdi, onun daha iki qolu ofsayd üzündən sayılmadı.

Kriştiano birinci dəfə 37-ci dəqiqədə fərqləndi. Anjelonun cinah ötürməsindən sonra dəqiq baş zərbəsi vurdu, ancaq hakimlər ofsayd qərarı verdi. Fasilədən sonra da bir topu tirdən döndü.
Kriş qaydalar çərçivəsində yalnız 87-ci dəqiqədə fərqləndi, onda “Əl-Nəssr” 2:1 öndə idi. Penaltidən fərqlənən portuqaliyalı uzatma dəqiqələrində qəzəbdən yerə-göyə sığmırdı, axı həmin vaxt daha bir qolu ofsayd üzündən sayılmadı. Əslində ofsayda onun komanda yoldaşı düşmüşdü, daha doğrusu, teletəkrarda bu, yetərincə mübahisəli qərar kimi göründü. Final fitindən sonra portuqaliyalı qəzəbini kameralardan gizlətmədi.
Kriştianonun qəzəbi meydandan kənarda mülayimliklə əvəz olundu – paltardəyişmə otağından çıxışda onu köhnə tanışı, Səudiyyə Ərəbistanına ilk dəfə təşrif buyuran Pirs Morqan gözləyirdi. Ronaldo 2022-ci ilin noyabrında “Mançester Yunayted”lə müqaviləsini pozmasına səbəb olan qalmaqallı müsahibəni məhz ona vermişdi. Dostlar qucaqlaşdı, mehribancasına danışdı, Morqan ardından sosial şəbəkədə portuqaliyalının təmiz qolunun “oğurlandığını” yazdı:

“Ronaldo bu axşam “ofsayd” üzündən parlaq qoldan məhrum olundu. Ancaq ən azı məndən təsəlli qucaqlaşması aldı. Səni yenidən gördüyümə görə şad oldum, Kriştiano”.


Yanvarın 30-da isə Səudiyyə Ərəbistanı çempionatında 18-ci tur start götürdü. “Əl-Nəssr” səfərdə “Əl-Rid”i 2:1 hesabıyla məğlub etdi və Kriştiano meydandan yenə qolla ayrıldı. Ümumiyyətlə, portuqaliyalı əla forma yığıb – klubun və yığmanın heyətində keçirdiyi son 10 oyunda 13 qol vurub, eləcə də çempionatda 15 qolla bombardirlər yarışına başçılıq edir. Onun ən yaxın izləyicilərinin – Benzemanın hesabında 13, Mitroviçin hesabında 12 qol var. Düzdü, “Əl-Nəssr” çempionluq yarışında bu futbolçuların komandalarından geri qalır. Hazırda 3-cü pillədə qərarlaşan “Əl-Nəssr” “Əl-Hilal”la “Əl-İttihad”ın hər birindən 5 xal geridədi.
“Əl-Rid”in qapısından keçirdiyi top Kriştianonun karyerasına 921-ci qol kimi yazıldı – çox arzuladığı 1000-ci qola cəmi 79 “addım” qaldı. Portuqaliyalı “Əl-Nəssr”in heyətində keçirdiyi 88 oyunda 98 (79+19) məhsuldar hərəkətlə yadda qalıb. Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 24 oyunda 21 qol vurub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri