Ronaldo təhdid olunur: yeni mühafizəçisi müzakirə yaratdı FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Dünya futbol tarixinin ən böyük ulduzlarından olan Kriştiano Ronaldo ailəsinin təhlükəsizlik tədbirlərini gücləndirdiyi məlum olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə artan təhdidlər səbəbindən futbolçu əvvəlki mühafizəçilərini işdən çıxarıb və onların yerinə yeni baş mühafizəçi Klaudio Miquel Vazı gətirib.
Bu şəxs əvvəllər Rafael Leao və Qelson Martins kimi portuqaliyalı futbolçuların, eləcə də məşhur musiqiçilərin təhlükəsizliyini təmin edib.
Məlumatlara görə: Vazın "aqressiv və qorxuducu" tərzi Ronaldonun yaxın çevrəsində birmənalı qarşılanmayıb.
Paris Moda Həftəsində Vaz jurnalistlərə qarşı sərt davranışlarına görə tənqid olunub.
O, Corcinanın maşından düşərkən fotosunu çəkənləri uzaqlaşdırmaq üçün üzlərinə güclü işıq tutub.
Qeyd edək ki, hazırda cütlük 5 uşaqları ilə birgə Ər-Riyadda yaşayır.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















