Ronaldonun finalda favoriti hansı klubdur?
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İnter"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo Çempionlar Liqasının finalı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Fcinter1908.it" portalına açıqlama verib:
"Fikrimcə, "İnter" qalib gələcək. Bu, bir azarkeş kimi mənim fikrimdir. Klubla əla əlaqəm var, onlarla çox vacib anlar yaşadım, ona görə də simpatiyamı gizlədə bilmirəm. "İnter" Çempionlar Liqasını yenidən qazansa, yaxşı olar".
Qeyd edək ki, veteran futbolçu karyerası ərzində "Cruzeyro", PSV, "Barselona", "İnter", "Real" və "Milan" kimi komandalarda çıxış edib. Sabiq forvard peşəkar futbolçu karyerasını 2011-ci ildə başa vurub.
Baxış sayı:82
Bu xəbər 28 May 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















