Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Asiya Çempionlar Liqasında portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” və Özbəkistanın “Neftçi” (Fərqanə) komandaları arasındakı matç raket hücumu təhlükəsi səbəbindən təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pervıy sport” teleqram kanalı məlumat yayıb.
Oyunun keçirilməli olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təcili raket həyəcanı elan edilib. Məlumata görə, həyəcan siqnalına Yəmən ərazisindən Ər-Riyad istiqamətində üç ballistik raketin buraxılması səbəb olub. Stadiondakı diktorlar azarkeşlərdən sakitliyi qorumağı və təhlükəsizlik qaydalarına əməl etməyi xahiş ediblər.
Qeyd edək ki, son bir neçə gündə Səudiyyə Ərəbistanı Yəmən husilərinin intensiv raket və dron atəşinə məruz qalır. Oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanının terminalına endirilən zərbə nəticəsində 13 nəfər həyatını itirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Oktyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















