Ronaldu ilə oynamaq arzusu vardı, Fransa millisinə çağırıldı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın “Komo” futbol komandasının yarımmüdafiəçisi Lukas Da Kunya Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın ilkin siyahısında yer alıb.
İdman.Biz “Le Parisien”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun adı Zidanın ilk çağırışı üçün hazırladığı geniş siyahıya daxil edilib. Yekun heyətin cümə günü açıqlanacağı gözlənilir.
Fransada anadan olan Da Kunya portuqaliyalı atanın oğludur. O, daha əvvəl Portuqaliya millisində Kriştianu Ronaldu ilə birlikdə oynamaq istəyib. Lakin Portuqaliyadan dəvət almayıb və indi Fransa millisinin əsas heyətinə düşmək şansı qazanıb.
Da Kunya karyerası ərzində “Renn”, “Nitsa”, “Lozanna” və “Klermon”da çıxış edib. O, 2023-cü ilin yanvarında “Komo”ya keçib və klubun A Seriyasına yüksəlməsində əsas fiqurlardan biri olub. Hazırda komandanın kapitanıdır.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə 36 oyunda altı qol vurub və beş məhsuldar ötürmə edib. Onun çıxışı “Marsel”in də marağına səbəb olub, lakin baş məşqçi Sesk Fabreqas futbolçunun ayrılmasına razılıq verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Sentyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















