Icma.az
close
up
RU
“Rosatom” böyük müqaviləni ləğv edib

“Rosatom” böyük müqaviləni ləğv edib

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “Reuters” və “Politico” nəşrləri belə məlumat yayıblar. “Rosatom” isə artıq “Siemens” şirkətinin avadanlıqlarının dəyişdirilməsi variantlarını nəzərdən keçirildiyini bildirib.
Rusiyanın dövlət konserninin məlumatına görə, Macarıstan AES-də iki yeni enerji blokunun idarəetmə elektronikasının təminatı üzrə “Siemens Energy” ilə müqavilə 2025-ci ilin sonunda Almaniya şirkəti müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün ləğv olunub.
“Siemens Energy” isə, öz növbəsində, müqavilənin ləğvi zamanı tədarükün mümkün olduğunu bildirsə də, müştərinin bundan imtina etdiyini vurğulayıb. Alman şirkəti “milli və beynəlxalq hüquq normalarına uyğun olaraq müqavilə öhdəliklərini yerinə yetirdiyini” bildirib.
“Siemens Energy” Fransanın “Framatome” nüvə şirkəti ilə birlikdə 2019 və 2020-ci illərdə “Pakş-2” layihəsində nəzarət elektronikası tədarükü üçün “Rosatom” ilə müqavilələr imzalayıb.
Eyni zamanda, Rusiya və Macarıstan 2014-cü ildə “Pakş” AES-də 5 və 6 nömrəli iki yeni enerji blokunun (“Pakş-2”) tikintisinə dair sənədlər imzalayıblar. Onların istismara verilməsi 2030-cu illərin əvvəllərinə planlaşdırılır.
2025-ci ilin noyabrında Vaşinqtonun “Pakş” AES-də yeni enerji bloklarının tikintisi ilə bağlı “Rosatom”u sanksiyalardan azad etdiyi açıqlandı. ABŞ dövlət katibi Marko Rubio bunu onunla izah edib ki, Macarıstanın enerji müstəqilliyinə nail olması üçün elektrik stansiyası “tamamlanmalıdır”.
Rusiyanın iştirakı ilə “Pakş” AES-nin genişləndirilməsinə qarşı sanksiyalar 2024-cü ilin noyabrında ABŞ prezidenti demokrat Co Baydenin administrasiyası tərəfindən tətbiq edilmişdi. Ötən il iyunun 29-da isə Macarıstanın xarici işlər naziri Peter Siyyarto respublikaçı Donald Trampın administrasiyasının bu məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri