Icma.az
close
up
RU
“Rosekonomika” gözləniləndən daha sürətlə uçuruma doğru gedir...

“Rosekonomika” gözləniləndən daha sürətlə uçuruma doğru gedir...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Büdcə kəsiri rekord həddə çatıb...

...Rusiya iqtisadiyyatı böhrana girməkdə davam edir: 2025-ci ilin ilk altı ayı üçün ölkənin federal büdcə kəsiri 3,69 trilyon rus rubluna və ya demək olar ki, 47 milyard dollara çatıb. Bu, ÜDM-in 1,7 faizini təşkil edir.

SİA-nın məlumatına görə, Reuters Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Beləliklə, altı ayda Rusiya iqtisadiyyatı əvvəllər ÜDM-in eyni 1,7 faizi olacağı proqnozlaşdırılan illik büdcə kəsiri həddinə çatıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə kəsir ÜDM-in cəmi 0,3 faizi, bu ilin ilk 5 ayı ərzində isə ÜDM-in 1,5 faizi səviyyəsində olub.

Əslində, kəsirin indiki artım tempi göstərir ki, 2025-ci ilin sonuna qədər Rusiya planlaşdırılan rəqəmləri bir neçə dəfə üstələyə bilər.

Xərclər nəzərəçarpacaq dərəcədə artır, gəlirlər azalır...

Büdcə boşluğunun sürətlə artmasının əsas səbəbi iqtisadi durğunluq fonunda xərclərin kəskin artmasıdır. Altı ay ərzində büdcə xərcləri 20,2 faiz, gəlirləri isə cəmi 2,8 faiz artıb.

Enerji satışından əldə edilən gəlirlərin azalması xüsusilə güclü olub – 2024-cü ilin birinci yarısı ilə müqayisədə 17 faiz.

Neft və qaz ənənəvi olaraq Rusiya büdcəsinin əsas gəlir mənbəyi olaraq qalır və dünya bazarında onların qiymətinin aşağı düşməsi Ukraynaya qarşı müharibə aparan ölkənin iqtisadiyyatına ağrılı zərbədir.

Hələ aprel ayında Rusiya Maliyyə Nazirliyi bütün 2025-ci il üçün büdcə kəsiri proqnozunu ÜDM-in 0,5 faizdən 1,7 faizə qaldırmağa, eyni zamanda gözlənilən neft və qaz gəlirlərini dörddə bir azaltmağa məcbur oldu.

Nazirlik daha sonra qeyd edib ki, bu qərara səbəb enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasının uzun müddət davam etməsi və onların daha da aşağı düşməsi riski olub.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri