Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Azərbaycanda cəmiyyət böyük uçuruma doğru gedir Psixoloq

Azərbaycanda cəmiyyət böyük uçuruma doğru gedir Psixoloq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elmir Əkbər valideynləri xəbərdar edir ki, sosial şəbəkələr qatil yetişdirir

Mediada tez-tez yer alan xəbərlərdə dəhşətli qətllərə şahid oluruq. Məsələnin dərinliyinə varıldıqda, qətllərin çoxunun ailədaxili münaqişələr zəminində törədildiyi məlum olur. Elə bir dövrdə yaşayırıq ki, insan bəzən zərbəni haradan deyil, ən yaxınından almaq qorxusu ilə yaşayır. Cəmiyyət olaraq qəddarlaşmamıza səbəb nədir? Axı heç bir səbəb qətl törətməyə haqq qazandıra bilməz. Son dövrlər orta məktəblərdə də yeniyetmələr arasında bıçaqlanma hadisələri baş alıb gedir. Əllərində qələm, dəftər tutmalı olan uşaqların tüfəng və bıçaq tutduğunu müşahidə edirik. Sanki təhsil ocağı "krimimal zonaya" çevrilib. Məhz həmin yeniyetmələrin düzgün formalaşmaması gələcəkdə onları qətl törətməyə meyilli edir. Martın 30-da daha bir dəhşətli ailədaxili cinayət hadisəsi baş verib. Xəzər rayonunda 36 yaşlı kişi, 41 yaşlı qardaşını ov tüfəngi ilə qətlə yetirib. Yaş meyarına görə hər ikisi də yetkin fərd hesab olunur. Əgər yetkin şəxs belə qətl törədirsə, yeniyetmələrdən nə gözləmək olar?

Bəs insanları cinayətə aparan psixoloji mexanizmlər necə formalaşır?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, cəmiyyətimiz böyük uçuruma doğru gedir:

“Xüsusilə ailədaxili münaqişələr zamanı qohum-əqrabanın bir-birinə qarşı amansız qətllər törətdiyinin şahidi oluruq. Mənəvi dəyərlərin zəifləməsi ailədaxili qətllərin artmasına təsir edən əsas faktorlardan biridir. Müşahidələrimizə əsasən Koronovirusdan sonra dünya üzrə insanların beyinləri və psixi durumlarında ciddi dəyişikliklər ortaya çıxıb. Buna görə inkişaf etmiş ölkələrdə insanlar mütəmadi olaraq psixoterapiya seanslarına qatılırlar. Azərbaycanda isə təəssüf ki, bir çoxu psixoloq əvəzinə numereoloq, cadugar kimi fırıldaqçılara üz tuturlar”.

Psixoloqun sözlərinə görə psixoterapevt müayinəsi yeniyetmələr üçün daha vacibdir:

“Sosial şəbəkələrin tamamilə nəzarətsiz sistemə çevrilməsi, orada yayımlanan aqressiv videolar və dezinformasiyalar insanların şüuraltında olan mortidol (dağıdıcılıq enerjisini) yəni, intiqam hissini üzə çıxarmasına səbəb olur. Elmi işimin mövzusu gənclər və yeniyetmələrdə destruktiv davranışların yaranma səbəbləridir. Apardığım təhlillərin nəticələri vəziyyətin son dərəcə acınacaqlı olduğunu göstərir. Valideynlərə vaxtında xəbərdarlıq edirik ki, uşaqlarının psixoloji durumu ilə tədbir görsünlər”.

 E.Əkbər vurğulayıb ki, məktəblərdə yeniyetmələrin bir-birinə qeyri-etik davranışları baş alıb gedir:

“Yeniyetməlik dövründə psixoloji travmalar, emosional laqeydlik və sağlam inkişaf üçün zəruri şərtlərin təmin olunmaması fərdin gələcəkdə qatilə çevrilməsinə şərait yaradır. Sonda qardaş, qardaşı güllələyir. Şagird gənc müəllimini öldürməyə cəhd edir. Mediada işıqlandırılan məlumatlar pərdənin görünən üzüdür. Arxa planda nə qədər qətl və cinayətlərin baş verdiyindən xəbərimiz yoxdur. İnsanları bu cür əməllərdən çəkindirmək üçün maariflənmə kompaniyaları təşkil edilməlidir”.

Psixoloq, yeniyetmələr və gənclərin destruktiv davranışlardan uzaq durması üçün bir sıra tövsiyələr verib:

“Profilaktik tədbirlər çərçivəsində, yeniyetmələrin müsbət dünyagörüşünü formalaşdıran bədii və elmi ədəbiyyata istiqamətləndirilməsi, ruha qida verən musiqilərə yönləndirilməsi, incəsənətin digər sahələri ilə tanış edilməsi və psixoloji konsultasiyalara cəlb olunması destruktiv davranışın azalmasına təsir göstərəcək. Sadaladıqlarım, xarici ölkələrdə insanların gündəlik həyat tərzidir. Onlar, psixoloji sağlamlıqlarını bərpa etmək üçün heyvan saxlayır, idmanla məşğul olur və bitkilərə qulluq edirlər”. 

E.Əkbər bildirib ki, qatil simaların çox olduğu ölkələrdə, onların düzgün mənəvi-psixoloji istiqamətdə formalaşdırılması üçün maarifləndirmə işləri aparılır:

“Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. Psixologiya elmindən uzaq həyat tərzi sürən ailələrdə vəziyyət getdikcə daha da bərbat hala gələcək. Burada söhbət ailənin varlı-kasıb və ya savadlı-savadsız olmağından getmir. Qatil insan hər təbəqədən çıxa bilər. Psixologiyanın qanunları tamam başqa meyarlarla işləyir. Ona görə ailə başçıları diqqətli olmalıdırlar. Sosial şəbəkələrdə nə qədər dələduz, insanları düşdüyü quyuya çəkmək istəyən, özünə qaranlıq yolda yoldaş axtaran insanlar var”. 

Psixoloq cəmiyyəti, fiziki sağlamlıqlarını qoruduqları kimi, ruh və zehni sağlamlıqlarını da qorumağa çağırıb:

“Bəzən sosial mediada tanınmış dırnaqarası psixoloqlar səhv məlumat yayaraq, yeniyetmələri və gəncləri yanlış davranışlara təşviq edirlər. İnsanlar sağlamlıqlarını qorumaq üçün hər yerdə rast gəldikləri qida və tullantılardan uzaq durduqları kimi, ruhlarını da iyrənc məlumatlarla çirkləndirməməlidir. Belə tədbirlər sayəsində, baş verən neqativ tendensiyaların müəyyən qədər qarşısını almış olarıq”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri