Rosen Plevneliyev: Süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Avropa İttifaqı (Aİ) texnologiyaya deyil, risklərə nəzarət edir. Aİ-nin süni intellekt sənədi qəbul olunub və iki il ərzində nəhəng ölkələr bundan istifadə edəcəklər. 2026-cı ildə gedişatın hansı səviyyəyə çatdığını biləcəyik".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun panel sessiyasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.
O bildirib ki, böyük süni intellekt şirkətləri Avropa İttifaqı ilə əməkdaşlıq edirlər ki, bu sənəd işləsin:
"Mən həm ABŞ-nin prezidentinə, həm də xüsusilə BMT çətiri altında böyük və kiçik ölkələrə, vətəndaş cəmiyyətlərinə səslənirəm ki, birgə qaydalar üzərində işləyərək hamımızın rifahını təmin edək. Çünki bu gün süni intellektə görə yüzminlərlə insan işdən çıxarılıb. Səbəb də odur ki, süni intellekt inkişaf etdikcə daha da effektiv olur. Hazırda bu effektivlik 30 faizə çatıb. Amma bundan qanunun aliliyinə zidd olaraq istifadə etmək və süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil. Mən bütün dünyaya səslənirəm: bu texnologiyalardan elə istifadə edək ki, bəşəriyyət üçün faydalı olsun".
Mərahim Nəsib
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:56
Baxış sayı:56 Bu xəbər 15 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















