Rosen Plevneliyev: Azərbaycana sülh və sabitlik amili kimi baxırıq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Builki Qlobal Bakı Forumu daha da vacibdir. Çünki qeyri-sabitlik, rekord sayda müharibələr, qaçqın böhranları olan bir dünyada bir araya gəlib regional və qlobal həll yolları tapmaq lazımdır".
Bunu Oxu.Az-a açıqlamasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.
Onun sözlərinə görə, bu həll yolları Bakı Qlobal Forumunda tapılacaq:
"Əslində hamımız bura Azərbaycanı sevdiyimiz üçün gəlirik. Biz Azərbaycana regional oyunçu, eləcə də sülh və sabitlik amili kimi baxırıq. Azərbaycan Bolqarıstan üçün etibarlı tərəfdaşdır, enerji təchizatçısıdır. Biz ticarətimizi, dostluğumuzu bir araya gətiririk".
"Biz bura yenə gələcəyik. Çünki Azərbaycan xalqı mehribandır. Azərbaycan liderinin bu regionda qanunun aliliyinə və sülhə nail olması ilə bağlı ideyasını dəstəkləyirik", - deyə sabiq dövlət başçısı əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Mart 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















