Icma.az
close
up
RU
“Roşka” ləqəbli tiktoker: Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam

“Roşka” ləqəbli tiktoker: Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam

Icma.az bildirir, Mia.az portalına istinadən.

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi prosesi başlayıb.

Mia.az Lent.az-a istiandla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Süleymanov ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində 3 dəfə intihara cəhd etdiyini bildirib:

"Uşaqlıqdan musiqiyə həvəsim olub. Bəli, TikTok-da qeyri-etik paylaşımlar, yayınlar etmişəm, Bunu danmıram, amma bu məsələyə görə özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam. Onlar mənim dostlarım, qardaşlarımdır. Hamımız eyni maddə ilə ittiham olunmuşuq.

Xahiş edirəm bu məsələdə bərabərlik təmin olunsun. Evin tək uşağıyam, heç bir dayağım yoxdur. Dövlətimi özümə dayaq bilirəm. Bəli, məni evdə gözləyən ailəm yoxdur, amma məni sevən insanlar var. Xahiş edirəm, işimə ətraflı və ədalətli şəkildə baxılsın. Sizin ədalətə güvənirəm. Mənim dövlətdən başqa heç kimim yoxdur. Xahiş edirəm məni ev dustaqlığına buraxın".

Təqsirləndirilən şəxsin müdafiəçisi Muradlı Mircəlal müvvəkilinin ev dustağlığına buraxılmasını xahiş edib.

Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşıb.

Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see128

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see124

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see122

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see121

“Real”ın heyətində ciddi itki yaşanıb

03 Noyabr 2025 19:47see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri