Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Rövşən Lənkəranskinin qonşusu olan futbolçu elə şeylər danışdı ki...

Rövşən Lənkəranskinin qonşusu olan futbolçu elə şeylər danışdı ki...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Sportinfo.az xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisinin heyətində dünya çempionu olan Kamran Abdullazadə teleqraf-ın suallarını cavablandırıb.

Keçmiş peşəkar futbolçu tarixi nailiyyətlə yanaşı, ilk klubu "Xəzər Lənkəran"la "Neftçi" komandaları arasındakı rəqabət və ölkə futbolunun hazırkı durumu barədə danışıb.

- Çempionluqla bağlı təsürətlarınız necədir?

- Çox sevindirici haldır ki, dünya çempionu olduq. Bu qələbəni xalqımıza həsr edirik. Bəhreynlə 1:1 hesablı heç-heçə etdiyimiz ilk oyun ağır keçsə də, bu, meydança amili ilə bağlı idi. Daha sonra komandamız bir-birinə öyrəşdi. Sevinirik ki, dünya çempionu olduq. Baş məşqçi Elşad Quliyev və komandamızı təbrik edirəm.

- Milliyə nə zaman qoşuldunuz?

- Bu il. Elşad Qulyiev həm də "Zirə"nin baş məşqçisidir. Məni əvvəlcə kluba, oradan da milliyə dəvət etdi. Üstümüzdə əziyyəti çox oldu.

- O vaxta qədər harda idiniz?

- Ötən mövsüm II Liqada "Lerik" komandasında oynayırdım.

- Görüşlərdən ən çətini hansı idi?

- Bəhreynlə 1:1 hesablı heç-heçə etdiyimiz qarşılaşma ağır alındı. Açılış mərasimindən sonra meydana daxil olurduq. Azarkeşlər çox, meydanın örtüyü isə təzə deyə, ağırlıq var idi. Qrupda Sloveniya və Mavritaniyaya qarşı oyunlarımız rahat oldu. 1/8 finalda son dünya çempionu Rumıniya ilə qarşılaşmada çox çətinlik çəkdik.

- Yəqin ki, Rumıniyaya qalib gəldikdən sonra dünya çempionu olacağınızı düşünməyə başladınız...

- Tam da belə fikirləşmədik. Amma axırıncı dünya çempionuna qalib gəlmək çox sevindirici idi. 1/4 finalda qalib gəldiyimiz İngiltərə də çətin komanda idi. Ümumiyyətlə, qrup mərhələsindən sonra rəqiblər həmişə güclü komandalar olurlar. Sevinirik ki, azarkeşlərimizin, onların yaratdıqları ab-havanın köməyilə qələbələr qazanaraq, dünya çempionu olduq.

- Öncədən qarşınıza dünya çempionluğu hədəfi qoyulmuşdu, yoxsa bu istək mərhələ adladıqca formalaşdı?

- Əlbəttə, bütün ölkələr dünya çempionu olmaq istəyir. Biz də yaxşı hazırlaşmışdıq. Dünya çempionatından əvvəl Slovakiya və Monteneqroda turnirlərə qatılmışdıq. Çox istəyirdik ki, Azərbaycanda - doğma azarkeşlərimiz önündə dünya çempionu olaq. Bunu bacardığımız üçün çox məmnunuq və bizi dəstəkləyənlərin hər birinə təşəkkür edirik.

- Dünya çempionluğunuzdan sonra Prezident İlham Əliyevin qəbulunda oldunuz. Bu görüşlə bağlı təəssüratlarınız necədir?

- Cənab Prezidentə çox təşəkkür edirik ki, biz idmançılara çox böyük dəyər verir. Çempion olduqdan sonra bizi qəbul etməklə, daha da ruhlandırdı. Belə görüşlər nəinki bizi, bütün idmançıları ruhlandırır. Bizə böyük dəyər verdiyi üçün çox sağ olsun. Çox səmimi idi, selfi də çəkdirdik.

- Dünya çempionluğu böyük uğurdur. Amma biz sizi böyük futbolda - daha çox "Xəzər Lənkəran"dakı çıxışınızla tanımışıq...

- Bəli, darıxmışıq o günlər üçün. Özüm də Lənkəranda doğulub boya-başa çatmışam. Ümid edirəm ki, nə vaxtsa "Xəzər Lənkəran" bərpa olunacaq və yenə Azərbaycan futboluna xidmət edəcək.

- Sizcə, indi Azərbaycan Premyer Liqasında "Xəzər Lənkəran"- "Neftçi" rəqabəti varmı?

- Məncə, "Xəzər Lənkəran" 2007-ci ildə çempion olmaqla, Premyer Liqadakı rəqabətə daha da gözəllik qatdı. Ölkə komandaları arasında da rəqabət artdı. Bütün komandalar Lənkərana gələndə, sanki yerli azarkeşlər xarici komandaya qarşı oynayırmışlar kimi ab-hava yaradırdılar. İndi o atmosfer yoxdur. Məncə, "Neftçi" rəqibsiz qalıb. Lakin "Xəzər Lənkəran" olanda oyunlar çox maraqlı, rəqabətli keçir, azarkeşlər sevinirdilər. Məncə, indi o maraq yoxdur. "Xəzər Lənkəran"sız Azərbaycan çempionatı maraqsız keçir. Maraq qatan bir komanda var idisə, o da "Xəzər Lənkəran" idi.

- Həmin vaxtı güclü klub sayı çox idi. "Bakı", "İnter" var idi, "Qarabağ" da təzə-təzə güclənməyə başlayırdı. Niyə az qala düşməncəsinə rəqabət məhz "Neftçi" ilə idi?

- Düşməncəsinə rəqabət deməzdim. Çünki bizim oyunlar həmişə maraqlı alınırdı. "Neftçi"nin də həmin vaxt azarkeşləri çox idi, "Xəzər Lənkəran"ın da. Nəticədə azarkeşlər arasında şirin rəqabət yaranırdı. Bu rəqabət düşməncəsinə yox, futbola yaraşan rəqabət idi. Çünki oyunlar doğrudan da maraqlı keçirdi.

- Amma sonradan futbolçular və azarkeşlər arasında davalar da oldu...

- Bunlar futbolda olan şeylərdir. Rəqabət üzündən arada davalar da düşürdü. Doğrudan da maraqlı günlər idi.

- Son olaraq, Lənkərandakı oyunda dava düşmüşdü. Hətta deyilənə görə, azarkeşlər Daxili Qoşunların əsgərlərinə də hücum etmişdilər...

- Bundan xəbərim yoxdur. Bizim azarkeşlər Daxili Qoşunların əsgərlərinə hücum etməzlər. Yəqin ki, dava "Neftçi" ilə oyuna görə olub.

- Bəli, Bakıda iki komanda arasında keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra baş vermiş kütləvi davanın hardasa davamı idi. 2013-cü il mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionundakı kütləvi toqquşmanı necə xatırlayırsınız?

- Həmin davanı maraqlı hadisə kimi xatırlayıram (gülür - red.). Futboldur da, olur. Əsas və əlavə vaxtda qol vurulmamışdı, penalti seriyasında uduzmuşduq. Əsəblər gərgin idi. Dava düşdü, sonra barışdıq.

- Siz də hadisənin mərkəzində idiniz. "Neftçi"nin direktoru Güloğlan Cabbarov sizə hücum etmişdi...

- O vaxt uşaq idim, 18 yaşım vardı. Hadisə idi, olmuşdu. Sonra Güloğlanla görüşmüşük, oturub-dərdləşmişik. O, yaxşı oğlandır. İstər-istəməz dava düşür də. Boş şeylərdir.

- Həmin vaxt çox şeylər yazılırdı. Hətta mərhum kriminal avtoritet Rövşən Canıyevin də sizin müdafiənizə qalxdığı və məsələyə müdaxilə etdiyi deyilirdi...

- Allah Rövşənə rəhmət eləsin. Bilmirəm, vallah. Mənim xəbərim yoxdur. Rövşən mənim qonşum idi deyə, ola bilər.

- Hər halda eşitməmiş olmazdı...

- Onun öz dərdləri özünə bəs edirdi, başından aşırdı. Futbolda olanlar yüngül şeylərdir.

- Bəs Güloğlan Cabbarovla görüşünüz necə alındı: Öz təşəbbüsü idi, yoxsa kimlərsə vasitəçilik etdilər?

- Oyundan sonra görüşdük. "Tolpa" davası idi deyə, insident vaxtı bir-birimizi görməmişdik. Bunlar olan şeylərdir. Oyun bitəndən sonra özü yaxınlaşdı, danışdıq və barışıq əldə olundu.

- Orada komanda yoldaşınız Elnur Allahverdiyev də sizə edilən hücuma görə çox əsəbiləşmişdi...

- Bəli. İndi futboldan uzaqlaşıb, dostumuzdur.

- Hazırda cəmi 30 yaşınız var, hələ də futbolçu karyeranızı davam etdirə bilərsiniz. Böyük futbola qayıtmaq fikriniz varmı?

- Düzdür, futbola çox ara vermişdim. Sağ olsun Elşad müəllim, mənə inanaraq dəvət etdi, biz də dünya çempionu olduq. Böyük futbola dönüş isə yəqin ki, mənim üçün gec olar. Qayıtmaq istərdim. Baxıram futbollara, bizim oynadığımız dövrdən xeyli geridədir. Bizim vaxtımızda güclü komandalar var idi, sayları çox idi, rəqabət var idi, indi rəqabət bircə "Qarabağ"dadır. Avropada da bizi sevindirirlər.

- Çox cəsarətli danışırsınız. İndi 12 komanda olacaq. Bunların neçəsində oynamaq gücündəsiniz?

- Neçə ildir peşəkar səviyyədə oynamıram deyə mənə məşq lazımdır. Məşq etsəm, ən azı 7-8 komandada rahat oynaya bilərəm.

- Avrokuboklara vəsiqə qazanan komandaları çıxsaq, qalanlarında oynaya bilərsiniz?

- Bəli, oynaya bilərəm.

- Bayaq "Futboldan uzaqlaşmışdım" dediniz. Həmin müddətdə harada işləyirdiniz?

- "Azersun"un Lənkəran filialında satış məsələləri ilə məşğul idim. Orada işləyə-işləyə minifutbolla da məşğul idim. Eyniadlı komanda ilə Türkiyəyə gedərək, "Biznes Cup"da qalib olmuşduq.

- Lənkəranda sizdən "Xəzər Lənkəran"ın nə zaman fəaliyyətini bərpa edəcəyini soruşurlar?

- Əvvələr çox soruşurdular. Lakin artıq sanki hamı qəbullanıb. Ümid edirik ki, nə zamansa qayıdacaq.

- Ümidlərini itiriblər?

- Xeyr. Komanda II Liqada oynasa belə, oyunlarına 10 minə yaxın azarkeş gələr. Məncə, heç vaxt ümidlərini itirməyəcəklər. O elə komanda olub ki, heç kimin yadından çıxmaz. Azarkeşlər "Xəzər Lənkəran"ı hər zaman gözləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyun 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri