Rövşən Rüstəmov daha bir xanım məmurla yollarını ayırdı Müşavir hansı vəzifəyə təyinat alıb? (FOTO)
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.
O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, ADY-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı, sərnişindaşıma, daxili təchizat A.Soltanovanın kurasiyasında olub.
Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















