Icma.az
close
up
RU
Rövşən Rzayev və Əli Həsənli şirkəti “ailə podratı“na çevirib? Yeni Gündəm

Rövşən Rzayev və Əli Həsənli şirkəti “ailə podratı“na çevirib? Yeni Gündəm

Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Balakhani Operating Company LTD-də (Balaxanı Əməliyyat Şirkətində) korrupsiya tüğyan edir.

Bu barədə elektron poçta göndərilən məktubda deyilir.

“Balaxanı Əməliyyat Şirkətin rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti “ailə podratı”na çevirib. “Turba alverçisi” kimi ad çıxaran Rövşən Rzayevi rəhbər təyin etdikdən sonra şirkət dönüb olub Nehrəmlilərin oylağı. Burada ən yaxşı işlərdə, ən yüksək maaşda Rövşən Rzayevlə Əli Həsənlinin adamlarıdır. Əgər SOCAR prezidenti Rövşən Nəcəf cənabları bu şirkətə komissiya göndərsə burada baş verən bütün biabırçılıqların şahidi olacaq”.

Rövşən Rzayev, “Balakhani Operating Company LTD”nin prezidenti

Məktub müəllifləri yüksək maaş alan işçilərin maaşlarının bir hissəsinin sonradan şirkət rəhbərliyinə geri qaytarıldığını deyirlər.

“Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda,qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar. Amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yüzlərlə nehrəmlini işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir”.

Əli Həsənli, “Balakhani Operating Company LTD”nin vitse-prezidenti

Məktub müəllifləri Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülklərinin olduğu yazırlar.

Eyni zamanda Əli Həsənlinin çoxsaylı mühafizə ilə işə gəlib-getdiyi də bildirilir. Məktubda sonda ölkə rəhbərliyindən kömək istənilir.

Qlobal.az məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənib:

“Azərbaycan Respublikasındakı filialı hal-hazırda neft-qaz hasilatı həyata keçirdiyi ərazilərdə fəaliyyətini başladıqdan bəri və xüsusilə son üç ildə iri həcmli optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri aparmaqdadır.

Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar.

Bundan əlavə, korporativ “qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur.

Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir.

İşçi heyətinin peşəkarlığının artırılması da şirkətimizin daim diqqət mərkəzindədir. Belə ki, hazırda 45 nəfər həmkarımız ikinci ali təhsilini Balakhani Operating Company LTD hesabına almaqdadır”. Qlobal.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 14 Yanvar 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri