Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Icma.az bildirir, Bakupost portalına istinadən.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin hakimi təyin edilən Rəşid Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qardaşıdır.

Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı sərəncam
10 Aprel 2025 10:42
Konstitusiya Məhkəməsinin hakimi: Konstitusiya islahatları hər xalqın müstəqil hüququdur
24 Aprel 2025 14:47
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq EKSKLÜZİV
09 Aprel 2025 11:33
Konstitusiya Məhkəməsinin sədri Tiranada
03 Mart 2025 06:47

