Icma.az
close
up
RU
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahiş edib ki, vəkili Avraam Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatət təmin olunur. Bu, təqsirləndirilənin hüququdur. Təqsirləndirilən Ruben Vardanyana və onun vəkili Avraam Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonra da yaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili ilə müzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi, bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki, bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim Zeynal Ağayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dair məhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraq sənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəmənin keçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini, digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avraam Berman da təqsirləndirilənin vəsatətlərini müdafiə etdiyini söyləyib.

Bundan sonra ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Manafov qeyd edib ki, övladı Qiyas Manafov Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub. O, dünyasını dəyişən zaman 19 yaşı var idi.

Zərərçəkmiş şəxs Beyrək Zülfüqarov ifadəsində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında hadisənin Xocavənd istiqamətində baş verdiyini söyləyib.

Minuri Səfərli ifadəsində bildirib ki, qarşı tərəfdən atılmış minaatan mərmisinin partlaması nəticəsində sol ayağından xəsarət alıb. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hadisə zamanı yanında olmuş Vüsal Lətifovun da xəsarət aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş Sədi Əliyev Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını deyib.

Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin suallarına cavabında zərərçəkmiş şəxs Əli Zeynalov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində müxtəlif xəsarətlər aldığını bildirib.

Dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavid Şavqatlı isə Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində yaralandığını qeyd edib.

Rüstəm Rüstəmov Kəlbəcər rayonunun Vəng kəndində düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını söyləyib.

Zərərçəkmiş Salman Budaqov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

Gəray Ağayev Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını bildirib.

Sənan Məmmədov ifadəsində Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində başının arxa tərəfindən yaralandığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən hadisə zamanı ölənlərin və yaralananların olduğunu qeyd edib.

Rabil İsmayılov qarşı tərəfdən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş Nurlan Tarverdiyev Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin dronla atdığı mərminin partlaması nəticəsində sol qolundan yaralandığını diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Süleymanlı Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Fəqan Muradov ifadəsində qeyd edib ki, Ağdərə rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş Konsul Qasımov Xocalı istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilmiş partlayış nəticəsində kəllə-beyin travması aldığını bildirib.

Sadiq Şəkərov Ağdam rayonunda düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Fəxri Məmizadə Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin iriçaplı silahdan açdığı atəş nəticəsində xəsarət aldığını vurğulayıb.

Kənan Mahmudov isə Ağdam rayonunda düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində xəsarətlər alıb. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında hadisə zamanı bir nəfərin həlak olduğunu, daha iki nəfərin yaralandığını deyib. Bildirib ki, o, əl, ayaq, göz və bədəninin müxtəlif hissələrindən xəsarətlər alıb.

Zərərçəkmiş Əmir Yusifov Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İzzət Vəliyev Kəlbəcər rayonunda düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş digər şəxslər Rövşən Nuriyev, Natiq Qasımzadə, Murad Sadıq düşmənin təxribatları nəticəsində müxtəlif xəsarətlər aldıqlarını qeyd ediblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 06:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri