Rubinyan spiker seçilsə, Türkiyə üzrə xüsusi nümayəndə vəzifəsini icra etməyəcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan spiker seçiləcəyi təqdirdə, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini icra etməyəcək.
"Armenpress" xəbər verir ki, bu barədə Rubinyan jurnalistlərə bildirib.
Rubinyandan bu vəzifədə onu kimin əvəz edə biləcəyi soruşulsa da, o, hazırda bu haqda heç bir məlumata malik olmadığını qeyd edib.
O əlavə edib ki, buna Baş nazir və hökumət qərar verəcək.
Qeyd edək ki, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürüb.
Bu mövzuda digər xəbərlər:Rubinyan spiker olarsa, bu vəzifəsini itirəcək
03 İyul 2026 14:05
Rubinyan spiker seçildi
03 Avqust 2026 14:19
Türkiyə ilə normallaşmaya hazırıq, lakin... Rubinyan
12 Mart 2025 20:05
Rubinyan: Türkiyə ilə sərhədlər açılır KONKRET
19 Yanvar 2026 14:36
Rubinyan və Berse Türkiyə Ermənistan normallaşmasını müzakirə etdi
11 İyun 2025 14:28
Baxış sayı:172
Bu xəbər 03 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















