Icma.az
close
up
RU
“Rubio ABŞ nin qətiyyətsizliyini ortaya qoydu” “Tramp Ukraynanı təslim olmağa vadar edir”

“Rubio ABŞ nin qətiyyətsizliyini ortaya qoydu” “Tramp Ukraynanı təslim olmağa vadar edir”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın seçkidən əvvəl Ukrayna ilə bağlı söyədiklərini bu gün populist çıxış kimi dəyərləndirmək olar. Hələ səlahiyyətlərinə başlamazdan əvvəl də qeyd etmişdik ki, Tramp bir işarəsi ilə müharibəni bitirəcək sehirli çubuğa malik”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.

Onun sözlərinə görə, yanvarın 20-dən keçən müddətdə isə müharibəyə təsir edə bilməyən, konkretlikdən uzaq bəyanatlarla nəinki ukraynalılarda, bütün dünyada təəssüf hissi yaradıb.

Təhlilçi hesab edir ki, Putinin bir-birinin ardınca Ukrayna ərazisinə daha ağır raket zərbələr vurması Trampın bəyanatlarının onun üçün əhəmiyyət daşımadığının nümayişi idi: “Dünən isə Odessa və Poltavanın vurulması Putinin mövqeyində dəyişiklik olmadığını göstərdi. Əgər dəyişiklik varsa, o da Putinin əvvəlki mövqeyindən fərqli olaraq daha sərt addımlar atmasıdır. Dövlət departamentinin yeni rəhbəri Marko Rubio isə mətbuata açıqlamasında Putin qarşısında tam bir təslimçilik bəyanatları verməklə yalnız özünün deyil, bütövlükdə ABŞ-nin qətiyyətsizliyini ortaya qoydu. Jurnalist Meqan Kelli ilə müsahibədə Putinin “dəhşətli işlər gördüyünü” vurğulayan dövlət katibi, Ukraynanın Rusiyanı 1991-ci il sərhədlərinə geri itələməklə onu məğlub edə bilməyəcəyini etiraf etmək lazım olduğunu söylədi. Dövlət katibi bu açıqlaması ilə Ukraynanın Rusiyanı məğlub edə bilməyəcəyini deyil, ABŞ-nin Kremlə təsir etmək imkanında olmadığını təsdiqləmiş oldu. Keçmiş administrasiyanı dolayısı ilə tənqid edən Rubio Rusiyanı məğlub etməyin mümkünsüzlüyünü birbaşa etiraf etdi.

Diqqət edin Rubio deyib: “Nədənsə biz insanları inanmağa məcbur etdik ki, Ukrayna nəinki Rusiyanı məğlub edə bilər, həm də onu 2012-ci ildə, 2014-cü ildə, ruslar Krımı və digər əraziləri ələ keçirməzdən əvvəl dünyanın tutduğu mövqeyə qaytara bilər. Nəticədə, son bir il yarımdır ki, ümidsiz vəziyyətə, insan əzabını uzadan uzunmüddətli çıxılmaz vəziyyətə görə maliyyə istəyirlər".

Biznesmen təfəkkürlü ABŞ prezidentinin dövlət katibinin maliyyəni ön plana çəkməsi təbiidir. Rubionun bu çıxışından sonra ürəklənən Putin gecikmədən Odessanın tarixi yerlərini, Poltavanın yaşayış evlərini bu gecə ilə raket atəşinə tutdu.

O qeyd edib ki, Ukrayna “yüz il geriyə atılıb, enerji sistemi dağıdılıb və bir çox ukraynalının ölkəni tərk etdiyini nəzərə alsaq, bütün bu bərpa işlərini kimsə ödəməli olacaq... Onlar heç vaxt geri qayıtmayacaqlar.

“Bu, onların gələcəyidir və bu baxımdan o, təhlükə altındadır”, - deyə ABŞ dövlət katibi öz fərziyyəsini bölüşüb. Bu fərziyədə qeyd olunan “bərpa işlərini kimsə ödəməli olacaq” daha çox diqqət çəkdi və açığı Şimon Peresin Putinlə söhbətdən sonra verdiyi məşhur müsahibəsini xatırladım.

Peres müsahibədə xüsusi olaraq bunları vurğulamışdı: ”Amerika niyə gözəldir? – deyə Putindən soruşdum. Çünki onlar bəxşiş verəndirlər. Avropa niyə problemdədir? Çünki onlar alıcıdırlar. Amerika verir. Əgər verirsənsə, dostlar yaradırsan. Ən faydalı investisiya dostluq yaratmaqdır. Amerika Marşal Planını qəbul etməyə cəsarət etdi, onlar ÜDM-nin böyük bir hissəsini ölməkdə olan Avropaya verdilər. Beləliklə, onlar göstərdilər ki, dünyanın ən yaxşı sərmayəsi budur. Avropada elə bir ölkə yoxdur ki, imperiya olmasın. Fransızlar və ingilislər, portuqallar - hamı. Bəs nə oldu? Onlarda heç nə qalmamışdı. İngiltərə, günəşin doğuşundan gün batanına qədər ən böyük imperiya qurdular, amma nə edəcəklərini bilmədikləri üçün üç kiçik adadan başqa heç nə ilə qalmadılar." “İnanın mənə”- dedim Putinə, “düşmənlər və düşmənçilik ən faydasız səy itkisidir. Siz axmaq şeylərə sərmayə qoyursunuz”.

İ.İsmayıl qeyd edir ki, ABŞ-dən də varlı və rahat yaşayan Lixtenşteyn, Lüksemburq, Malta, İsveçrə kimi ölkələr var, amma onlar özləri üçün yaşayırlar.

Onun sözlərinə görə, ABŞ-nin gücü isə indiyədək başqalarına iqtisadi yardımlar etmək, yeri gələndə hərbi, siyasi dəstək vermək olub: “İndi isə Panama kanalını, Qrenlandiyanı, lazım gəlsə Kanadanı tutmaqla hədələyir, ən əsası isə Ukraynanı əsas rəqibinə-Rusiyaya təhvil vermək üçün dişsiz siyasi bəyanatlar verir. Tramp bu siyasətlə ABŞ iqtisadiyatını gücləndirə bilər, amma dünyadakı, xüsusilə Avropadakı nüfuzunu da itirə bilər. Amerikanın boş qoyduğu yerləri isə Çin və Rusiya tutmağa hazır olacaq. Avropa liderlərinin Trampın gəlişindən məmnun olmadıqlarının səbəbləri bir-bir üzə çıxır və bu yalnız Ukrayna ilə bağlı deyil, Avropanın da özünəməxsus hərbi, siyasi, təhlükəsizlik problemlərinin yaranması qaçılmaz həddə çata bilər”.

Ekspert hesab edir ki, görünür, Zelenskinin dünənki müraciəti də yaranmış situasiya ilə birbaşa əlaqəlidir. O. sitat gətirir: “Biz avropalılarla və təbii ki, Amerika Birləşmiş Ştatlarının komandası ilə mühüm danışıqlara hazırlaşırıq. Hamımızın görüşlərə ehtiyacı var, hamımızın ümumi baxışa ehtiyacı var, etibarlı dünya üçün hamımıza güclü qərarlar lazımdır. Buna həqiqətən ehtiyacımız var!"

İ.İsmayıla görə, Zelenskinin müraciətində Avropanı önə çəkməsi, ABŞ komandasını isə ikinci planda və bir qədər də inamsız səsləndirməsi yaranmış vəziyyətin kifayət dərəcədə təhlükəli fazaya daxil olmasından xəbər verir.

“Qərbi Avropa Tramp siyasətinə təsir edə biləcəkmi?” – deyə, təhlilçi fikirlərini yekunlaşdırır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Fevral 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri