Icma.az
close
up
RU
Статья не опубликована
Rubio da Blinkenin yolunu gedir?

Rubio da Blinkenin yolunu gedir?

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında ABŞ-nin yeni dövlət katibi Marko Rubionun ölkəsinin Azərbaycanla Ermənistan arasında "dayanıqlı və ləyaqətli sülh" istədiklərini vurğulaması ilk baxışda belə təəssürat yaradır ki, o da bizim regiona yanaşmada sələfi Blinkenin siyasətini yeritmək fikrindədir.

Çünki bu "dayanıqlı və ləyaqətli sülh" ifadəsini Blinken tez-tez işlədirdi.

Amma məslə burasındadır ki, regionda dayanıqlı və ləyaqətli sülhün yaranmasında Azərbaycan hər kəsdən, ilk növbədə də Birləşmiş Ştatlardan daha çox maraqlıdır.

Sadəcə, Blinken bu ad altında tamamilə başqa niyyət güdürdü. Qonşularına qarşı ləyaqətsiz daranmış və davranmaqda davam edən, üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəməyən, yəni dayanıqsız siyasət yeridən işğalçı ölkənin, eləcə də ondan geosiyasi alət kimi faydalanmağa çalışan güclərin maraqlarına cavab verən bir anlaşma imzalatmaq idi Dövlət Departamentinin keçmiş rəhbərliyinin məqsədi.

Əsl ləyaqətli və dayanıqlı sülh isə məhz bunun əksini tələb edir. Əgər dünyada işğallara son qoymaq istənilirsə, onda işğalçının, həm də savaşı uduzaraq təslimçilik aktı imzalamış işğalçının maraqlarının daha çox təmin edildiyi bir sülh anlaşması ləyaqətli və dayanıqlı sayıla bilməz. Üstəlik nə ləyaqətli biri belə təklifdə bulunar, nə də ləyaqəti olan ona əməl edər. Necəki Azərbaycan etmədi.

Cənab Rubio yəqin bunu bilməmiş deyil. Ona görə də onun təklif etdiyi "dayanıqlı və ləyaqətli sülh" Blinkeninkindən məzmunca fərqlənməlidir.

Fərqlənirmi, görəcəyik.

Sahib ALIYEV,

Milli Məclisin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Yanvar 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri