Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Vvnger KONKAKAF Millətlər Liqasının A Liqasında Hondurasla matçın (0:1) 10-cu dəqiqəsində ayağından zədə alaraq oyunu davam etdirə bilməyib. Onu Tayriz Kempbell əvəzləyib.
QOL.az xəbər verir ki Yamayka millisinin baş məşqçisi Rudolf Speyd matçdan sonra keçirilən mətbuat konfransında Sefasın zədəsinin komandanın oyun planına təsir etdiyini bildirib:
“Əlbəttə, onun meydanı tərk etməsi bizə təsir etdi. Ondan sürəti və bacarığı hesabına yaxşı oyun gözləyirdik. Zədələnəndən sonra taktikanı dəyişməli və müəyyən düzəlişlər etməli olduq. Bunlar yəqin ki, istədiyimiz qədər effektli olmadı”.
Baş məşqçi Sefasın zədəsinin nə dərəcədə ciddi olduğunun hələ bilinmədiyini də qeyd edib: “Hazırda onun zədəsinin dərəcəsini bilmirəm”.
Bildirilib ki, Sefas tibbi müayinədən keçiriləcək və bundan sonra onun vəziyyətinə aydınlıq gələcək.
Baxış sayı:58
Bu xəbər 30 Sentyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















