Icma.az
close
up
RU
Rüfət Quliyev: İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur

Rüfət Quliyev: İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək. Dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Qanuna dəyişiklik edilir, lakin bunun mexanizmi necə işləyir? Cərimələr artırılsa da, hələ də ətrafa zibil atanlar, dayanacaqlarda siqaret çəkənlər öz ampulalarındadırlar. 

Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev isə Pravda.az-a açıqlamasında deyib ki, qanun yeni qəbul edilib, müəyyən qədər mexanizmi də təkmilləşəcək, nəzarət də artacaq: “Bu, "Quran" ayəsi deyil ki, bütün müsəlmanlar üçün eyni olsun. Qanundur. Sadəcə, müəyyən vaxt lazımdır. Əsas budur, insan şüurunda həkk olunub qalsın ki, zibili maşından, yaxud dayandığın yerdə zibil atmaq olmaz. Siqaret çəkmək yerləri ilə siqaretin kötüyünü atma ayrı-ayrı qanunlardır. Təxminən, 4-5 il əvvəl siqaret çəkməklə əlaqədar qanun qəbul etmişik. Hələ pandemiyaqabağı qəbul olunmuşdu. Bu, başqadır. Yəni siqareti zibil kimi atmaqdan söhbət getmir. Bu, ekologiya üçün pisdir, şəhərin görkəminə də xələl gətirir. Qanunun işləməsi üçün vaxt lazımdır. Düşünürəm, 3-6 ayın içində insanlarda artıq vərdiş yaranacaq. Diqqətli olmalıdırlar. Hər yerdə qanunla zibil qabları qoyulmalıdır. Siz insanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur. Belə halda şəhərin aidiyyəti strukturları cərimə olunmalıdır. Bunu da nəzərə almaq lazımdır. Özüm siqaret çəkirəm. Dəfələrlə olub, 200-300 metr gedirəm, görürəm ki, bir dənə də zibil qabı yoxdur. Məcbur olmuşam bu yoldan o yola keçib, yüz metr də o tərəfə gedib, zibil qabı tapıb ora atmışam. Bütün restoranlar, kafe və dükanların ətraflarında zibil qabları olmalıdır. Bəs insanlar zibili hara atsınlar? Əlbəttə ki, yerə atacaqlar, yaxud maşına qoyub, maşından da küçəyə atacaqlar. Məmurlar da məsuliyyət daşıyırlar. İnfrastruktur yaratmalıdırlar”. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see278

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see153

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see110

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri