Icma.az
close
up
RU
Rumıniya mediası: ölkə Azərbaycanla əməkdaşlığın sayəsində Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Rumıniya mediası: ölkə Azərbaycanla əməkdaşlığın sayəsində Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Buxarest, 23 may, AZƏRTAC

Rumıniyanın qabaqcıl media orqanları ölkənin Avropanın enerji təhlükəsizliyi sistemində strateji rolunu gücləndirərək Tuzla–Podişor qaz kəməri layihəsini uğurla başa çatdırması barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, bu, 310 kilometrlik infrastruktur layihəsi 500 milyon avro dəyərində olub, Avropa üçün mühüm alternativ enerji marşrutlarının açılmasına xidmət edir.

Qeyd olunur ki, bu qaz kəməri yalnız Rumıniyadan çıxarılan Qara dəniz qazını deyil, Azərbaycan, Türkiyə və Yunanıstan vasitəsilə gətirilən təbii qazın da Avropanın mərkəzinə ötürülməsinə imkan yaradacaq. Beləliklə, Rumıniya özünü regional enerji mərkəzi kimi təsdiqləyir və enerji marşrutlarının şaxələndirilməsində önəmli həlqəyə çevir.

Layihənin ən mühüm xüsusiyyətlərindən biri, Azərbaycan təbii qazının bu yeni arteriya vasitəsilə Avropa bazarlarına çıxışının təmin edilməsidir. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Bakı-Buxarest əlaqələri, bu layihə ilə daha da möhkəmlənir. Rumıniya rəsmiləri, o cümlədən “Transgaz” şirkətinin baş direktoru İon Sterian Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi olaraq qeyd ediblər.

İ.Sterian bildirib ki, layihə istismara tam hazırdır və iyul ayında rəsmən istifadəyə veriləcək. O deyib: “Məqsədimiz təkcə milli enerji tələbatını ödəmək deyil, həm də Azərbaycan, Türkiyə və digər tərəfdaşlardan gələn qazın etibarlı və dayanıqlı şəkildə Avropaya nəqlini təmin etməkdir”.

Tuzla–Podişor kəməri yalnız texniki nailiyyət deyil, həm də geosiyasi baxımdan vacib hadisədir. Bu marşrut, Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa İttifaqı üçün etibarlı alternativ yaradır.

Eyni zamanda, “Transgaz” tərəfindən elan olunan yeni təşəbbüs — Yunanıstandan Ukraynaya mayeləşdirilmiş təbii qazın 25 faizlik endirimli tariflə daşınması planı, Azərbaycan qazının geniş bazara çıxışını daha da asanlaşdıracaq.

Beləliklə, bildirilir ki, Azərbaycanın enerji siyasəti və Cənubi Qafqazda oynadığı rolu, Avropanın enerji xəritəsinin formalaşmasında aparıcı mövqedə dayanmağa davam edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxare

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri