Rus Dram Teatrının qarşısı yenə parkinqə çevrildi FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtda sürücülərin mərkəzi küçələrdə səkini zəbt etmə halları yenidən artıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən səkilərin genişləndirilməsi məqsədilə şəhərin nəqliyyat infrastrukturunda bir sıra addımlar atılır. Buna rəğmən, sürücülər harda boş yer tapsalar, maşını ora dürtüb gedirlər.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunda “Fəvvarələr meydanı” yaxınlığındakı səki yenə sürücülərin parklama yerinə çevrilib.
Belə ki, rayonun Xəqani küçəsində yerləşən Rus Dram Teatrının yanında avtomobillərin parklanmasının qarşısını almaq məqsədilə hələ 2019-cu ildə tumbalar yerləşdirilmişdi.
Artıq bir neçə gündür ki, sürücülər yenidən teatrın yanında avtomobillərini saxlayır.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin səkilərdə dayanma və durmasına görə 60 manat və əlavə olaraq 2 balla cərimə olunur.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















