Rus hərbçilərin qətl cinayətlərinin sayı minə yaxınlaşır Dəhşətli statistika açıqlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyada Ukraynaya qarşı müharibənin başlanmasından bəri hərbi qulluqçular tərəfindən törədilən qətl və ağır bədən xəsarəti ilə bağlı cinayət işlərinin sayı demək olar ki, minə çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Mediazona” nəşri məhkəmə statistikasına əsaslanaraq məlumat yayıb.
Araşdırmaya görə, belə işlərə hərbi məhkəmələr baxır və onların sayı ildən-ilə artır.
2022-ci ildə, yəni müharibənin ilk ilində, cəmi 38 iş açılıb, 2023-cü ildə bu rəqəm 266-ya, 2024-cü ildə isə 346-ya çatıb.
Təkcə 2025-ci ilin ilk doqquz ayında hərbi məhkəmələrə 377 yeni iş daxil olub.
“Mediazona” qeyd edir ki, son 3,5 il ərzində Rusiyada hərbçilər tərəfindən törədilən zorakı cinayətlərin sayı davamlı şəkildə artır. Xüsusilə 2023-cü ilin ilk yarısında qətl, ağır xəsarət yetirmə və seksual zorakılıq hallarının artdığı müşahidə olunub və bu tendensiya indiyədək davam edir.
Nəşr vurğulayır ki, rəsmi statistika yalnız hazırda xidmət edən hərbçiləri əhatə edir və artıq ordudan tərxis olunmuş şəxslər tərəfindən törədilən cinayətlər bu rəqəmlərə daxil edilmir.
Beləliklə, ekspertlər hesab edirlər ki, reallıqda zorakılıq halları və qətllərin miqyası rəsmi rəqəmlərdən daha yüksək ola bilər.
Rasim
“AzPolitika.info”

