Icma.az
close
up
RU
Rus İcması “Georgi lenti” məsələsinə münasibət bildirdi: “Mən və müavinlər orda olmuşuq”

Rus İcması “Georgi lenti” məsələsinə münasibət bildirdi: “Mən və müavinlər orda olmuşuq”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Rus İcmasının İmişlidə baş tutan tədbirin təşkilatçıları ilə heç bir əlaqəsi yoxdur".

Bunu "Yeni Sabah"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bildirib.

Onun sözlərinə görə, İmişlidə mayın 9-10-da İkinci Dünya müharibəsində Qələbə münasibətilə keçirilən tədbirlərdə Rus İcmasının üzvləri yalnız qonaq qismində iştirak ediblər: "Mən, müavinlər orda olmuşuq və icmanın əsas diqqəti milli qəhrəmanların xatirəsini yad etməyə yönəlib".

M. Zabelin əlavə edib: “Rus İcması bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun 60 illik yubileyini keçirdi. Polad Həşimov və Albert Aqarunovla bağlı da tədbirlərimiz olub.

Biz həmişə milli mədəni dəyərlərimizi qoruyub saxlamışıq. Bir daha təkrar edirəm, İmişlidə baş tutan tədbirlə heç bir əlaqəmiz yoxdur”.

Xatırladaq ki, mayın 9-da İmişlidə keçirilən tədbirdə sovet bayrağı və "Georgi lenti" ilə bağlı qalmaqal cəmiyyətdə xeyli müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının (AŞ) sədri vəzifəsində Saleh Səmədovu əvəz edən Vahid Tağıyev öz “Facebook” hesabında  qeyd edib ki, onun yaxasına “Georgi lenti”ni məhz Rus İcmasının sədr müavini taxıb:

"Rayon ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsi üçün qoyulmuş abidənin təmirdən sonra açılışına Bakıdan Rus İcmasının nümayəndələrinin də gəlməsi gözlənilirdi. Bakıdan gözlənilən gecikmiş heyət gəlib çatdı, onlarla abidənin önünə əklil qoymaq ərəfəsində qarşılaşdıq.

Təxminən 2 metrə yaxın boyu olan biri (sonra öyrəndim ki, bu şəxs Rus İcmanın sədr müavini imiş) bizə çatıb salam verən kimi tələsik lent paylamağa başladı, şəxsən mənim yaxama həmin lenti özü asdı. Mən o anda bunun nə lenti olduğunu ayırd edə bilmədim. Ancaq mənə tanış olmayan bu lent intuisiya ilə məni narahat edirdi. Əlbəttə, həmin an bilsəm ki, bu nəyin rəmzidir, heç bir halda yaxın buraxmazdım və bu hərəkətə etiraz edərdim".

İmişli Ağsaqqallar Şurasının hər iki sədri istefa verib. Saleh Səmədov isə bu yaxınlarda vergi qanunsuzluğuna görə həbs olunub.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadının dəyişimi hamını şoka saldı VİDEO

29 Oktyabr 2025 19:54see226

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see194

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see132

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see126

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see123

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri