Icma.az
close
up
RU
Azərbaycan “velikorus”lara gücünü göstərəcək Açıqlama

Azərbaycan “velikorus”lara gücünü göstərəcək Açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Biz Rusiya tərəfinin istər AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə cavab vermək, istərsə də qeyri-qanuni fəaliyyət göstərən “Rus evi"nin qarşısının alınması ilə bağlı tələblərini yerinə yetirmək əvəzinə çox təəssüflər olsun ki, tamam başqa formada mövqe sərgilədiyinə şahidlik etməkdəyik. Rusiya tərəfinin belə bir mövqe sərgiləməsi isə nə 3 il öncə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin, nə də ölkələrimizin liderləri arasındakı münasibətlərin ruhuna uyğundur. Belə bir münasibətin sərgilənməsi Rusiyanın beynəlxalq aləm tərəfindən üzləşdiyi çox mürəkkəb bir vəziyyətdə milli maraqlarına vurulan ağır zərbədir”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycanda “Rus evi”nin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə fəaliyyət göstərmədiyini bu qurumun rəhbərləri də təsdiq edib: “Rusiya tərəfi qanunsuzluğu aradan qaldırmaq yerinə, “velikorus” şovinizm ideyalarına uyğun olaraq təzyiq yolu ilə qanunsuz əməllərinə bəraət qazandırmaq istəyir. Bu prosesə də hakim “Yedinaya Rossiya” partiyası və onun qanunverici orqanda təmsil olunan deputatları cəlb edilib. “Velikorus” şovinizmindən “ilhamlanan” qanunverici orqanın təmsilçisi olan Nikolay Valuyev kimilər xəstə və irqçi təxəyyülünü işə salaraq Azərbaycana və azərbaycanlılara qarşı küçə uşağının işlətdiyi jarqon ifadələr işlədib. Valuyev, Popov kimilərin başqa xalqların və dövlətlərin ünvanına jarqon sözlərlə təhqir dolu ifadələr işlətməsi, əslində,  Rusiyanın dünyəvi ölkə olduğunu bəyan edərək, buna uyğun siyasət yürütməsinə qarşı çıxması deməkdir.  

“Velikorus” şovinizm ideyalarından əl çəkməyən Valuyev kimilər bununla da təmsil etdikləri ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini ortaya qoymuş olurlar. Bununla da özləri beynəlxalq aləmin onlara qarşı olan münasibətinə haqq qazandırırlar”.

Deputat onu da edib əlavə ki, Azərbaycana qarşı belə bir ifadələr işlətmək ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu ola bilməz. “Bunun kökünü Rusiyanın hakimiyyət orqanlarının daha yüksək pilləsində axtarmaq lazımdır. Bu həm də onu deməyə əsas verir ki,  Rusiya hakimiyyətində mərkəzdənqaçma meyilləri güclənib. Nəticədə hətta hakimiyyətyönlü təbliğatçılar belə özlərində cürət tapıb ölkə rəhbərinə və onun yürütdüyü siyasətə meydan oxuyurlar. “Velikorus” düşüncəlilər anlamalıdır ki, Azərbaycanla bu cür ritorikalarla danışıb nə təzyiq etmək, nə də hansısa cinayət hərəkətini, qanunsuz əməli ört-basdır etmək qeyri-mümkündür. Azərbaycan öz hüququnu tələb etməyə qadirdir və bunu da sübut edəcək.

Rusiya beynəlxalq aləm, xüsusən də Qərb tərəfindən üzləşdiyi çox çətin durumda özünü daha da ciddi böhrana sürükləmək istəmirsə, o zaman səhvlərini etiraf etməli, “velkorus” şovinist meyillərdən əl çəkərək Azərbaycanla  bərabərhüquqlu səviyyədə səmimi qonşuluq münasibətlərini qurmalıdır. Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazır olduğu kimi, Rusiya ilə bir qonşu kimi səmimi əməkdaşlığa hazırdır və bunu da əməlində sübut edib. “Velkiorus” şovinizmindən itirən tərəf hər zaman Rusiya olduğundan, bundan sonra da belə olacaq. Son olaraq onu da qeyd edim ki, Rusiya özünü doğrudan da sivil dünyanın bir parçası olduğunu hesab edirsə, o zaman atdığı imzalara da hörmət edib üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri