Icma.az
close
up
RU
“Rusiya 2024cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı, ona görə də çalışmaq lazımdır ki, 2025ci ildə...”

“Rusiya 2024cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı, ona görə də çalışmaq lazımdır ki, 2025ci ildə...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Bu məkrli niyyətləri baş tutmadıqdan sonra isə Kremldəkilər hələ bu çirkin əməllərini nəinki etiraf edir. İndi də qonşu ölkələrə yenə də təzyiq etməyə çalışır ki, təyyarəmizin vurulması ilə bağlı gerçəkləri ört-basdır etsinlər...”

“Ona görə də Azərbaycanla da onun münasibətlərinə yenidən baxılmalıdır və hesab edirəm ki, bundan sonra Rusiya ilə heç bir müttəfiqlikdən söhbət gedə bilməz...”

...Tarixən məlumdur ki, Rusiya imperiyası Azərbaycanın genişmiqyaslı işğalına hələ XIX əsrin əvvəllərində Gürcüstanın işğalıyla başlayıb. XX əsrin sonunda isə sovet-rus imperiyasının əsarətindən qurtulmaq istəyən hər iki ölkəni, xalqı Moskva cəzalandıraraq durdurmağa çalışdı. Öncə 9 aprel 1989-cu ildə Tiflisdə gürcü xalqına qarşı, sonra isə 20 yanvar 1990-cə ildə Bakıda Azərbaycan xalqına qarşı qətliam törətdi. İndi sanki tarix təkrarlanır. Bir çox beynəlxalq analitik mərkəzlərin də rəyinə görə, Gürcüstan xalqının əksəriyyəti Qərbə inteqrasiya tərəfdaşı olduğu halda, Rusiyadakı Putin rejimi Tiflisdəki manqurt milyarder İvanişvili vasitəsilə hər vəchlə bu ölkəni yenidən öz tabeliyinə qaytarmağa çalışır. Bəs görəsən, Gürcüstanda indiki hakimiyyətin möhkəmlənəcəyi, müxalifətin kütləvi repressiyalarla məğlub ediləcəyi halda Kreml Azərbaycana qarşı da daha sərt, imperialust mövqe nümayiş etdirməyəcək ki? Və yeri gəlmişkən, Bakı-Qroznı reysi üzrə uçan Azərbaycan təyyarəsinin Rusiya ərazisində bu dövlətin hava hücumundan müdafiə qüvvələrinin səbəb olduğu və onlarla insanın həlak olmasıyla nəticələnmiş və bütün dünyada əks-səda doğurmuş faciəsinin fonunda baxanda sözügedən suala necə cavab vermək olar?.. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov bunları söyləyib:

“Hələlik indiyədək Rusiyanın bir çox məsələlərdə Azərbaycandan asılılığı olduğundan yaxın zamanlarda dövlətimizlə münasibətlərini gərginləşdirmək, korlamaq ehtimalı, demək olar ki, görünməyib. Gürcüstana münasibətləri isə oradakı vəziyyətin necə olacağından asılıdır. Çünki Gürcüstan hakimiyyətini əsas cəzalandırmaq istəyən Qərbdir, ona görə ki, ölkəni onun təsir dairəsindən çıxarmağa çalışırlar. Moskvanın isə rəsmi Tiflisi iqtisadi cəhətdən müdafiə etmək imkanı yoxdur. Bu gün aydın görünür ki, Rusiyanın heç  2008-ci ildə işğal etdiyi kiçik  Abxaziyanı saxlamağa, oraya vəsait, pul ayırmağa imkanı çatmır, ona görə də orada da narazılıqlar başlayıb. Ümumiyyətlə, getdikcə Rusiyanın özünün daxilində də, xüsusən etnik regionlarda iqtisadi-sosial məsələlərlə bağlı narazılıqlar, etirazlar güclənəcək. Odur ki,  belə bir durumda Azərbaycana qarşı hər hansı tədbirlər görmək Kremlin maraqlarına cavab vermir və Azərbaycanın bugünkü neytrallığı Rusiyaya daha çox sərf edir... 

Bununla belə, bu günlərdə Azərbaycanın başına gətirilən təyyarə faciəsi zamanı rəsmi Moskvanın nümayiş etdirdiyi qeyri-adekvat davranış bir daha təsdiqləyir ki, Rusiya daim qonşu ölkələr üçün təhdid olub və hazırda da Ukraynada təcavüzkar savaş aparan bir dövlət kimi dünya təhlükəsizlik sisteminə ən böyük təhlükəni məhz o yaradır. Ona görə də Azərbaycanla da onun münasibətlərinə yenidən baxılmalıdır və hesab edirəm ki, bundan sonra Rusiya ilə heç bir müttəfiqlikdən söhbət gedə bilməz. Çünki bu dövlətin götürdüyü heç bir qarşılıqlı, regional və beynəlxalq öhdəlikləri yerinə yetirəcəyinə etibar etmək, ümid etmək olmaz. Öz ərazisində hava müdafiə qüvvələri tərəfindən vurulmuş təyyarəmizi yaxınlıqdakı hava limanlarına endirib xilas etmək əvəzinə,  Rusiya güc strukturları  rabitə sistemini radioelektron mübarizə sistemi vasitəsilə sıradan çıxararaq onu dənizdə batmaqla izlərin itirilməsi ümidi ilə Xəzərin üzərinə yönləndiriblər. Bu məkrli niyyətləri baş tutmadıqdan sonra isə Kremldəkilər hələ bu çirkin əməllərini nəinki etiraf edir. İndi də qonşu ölkələrə yenə də təzyiq etməyə çalışır ki, təyyarəmizin vurulması ilə bağlı gerçəkləri ört-basdır etsinlər...

Rusiya 2024-cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı, ona görə də çalışmaq lazımdır ki, 2025-ci ildə o belə davranışları təkrarlamasın...”

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri