Rusiya 2026/2027 ci tədris ili üçün azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya hökuməti 2026/2027-ci tədris ili üzrə ölkə universitetlərində təhsil almaq üçün Azərbaycan vətəndaşlarına 280 dövlət sifarişli yer ayırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiya hökumətinin 2026/2027-ci tədris ili üçün kvota kampaniyasının birinci mərhələsi çərçivəsində Rusiyanın ali təhsil müəssisələrində ödənişsiz əsaslarla təhsil almaq istəyən namizədlərin qeydiyyatı davam edir. Bu il azərbaycanlı abituriyentlərə 280 dövlət sifarişli yer təqdim edilib", - məlumatda bildirilib.
Qeyd edilib ki, namizədlər müraciət etmək üçün 2025-ci il dekabrın 15-dək müvafiq saytda qeydiyyatdan keçməli və bütün lazımi sənədləri əlavə etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















