Rusiya 74 yaşlı amerikalını həbsdən azad etdi Putin Uitkoffla görüşdə açıqladı
Icma.az bildirir, Azpost portalına istinadən.
Rusiyada muzdlu döyüşçülükdə ittiham olunaraq həbs edilən 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbar azadlığa buraxılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı məlumat verib.
Putinin sözlərinə görə, Habbar artıq Sankt-Peterburqdakı Pulkovo hava limanındadır.
Habbar 2022-ci ilin aprelində əsir götürülüb. İstintaqın versiyasına görə, o, 2022-ci ilin fevralında Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində ərazi müdafiəsi bölməsi ilə aylıq 1 000 dollar müqabilində müqavilə bağlayıb, təlim keçib və silah alıb.
2024-cü il oktyabrın 7-də Moskva Şəhər Məhkəməsi muzdlu döyüşçülük işi üzrə Habbarı Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Həbsdə olduğu müddətdə onun qəddar rəftara məruz qaldığı bildirilir.
Post navigationPrevious: Putinlə Uitkoffun görüşü başladı – Zelenskinin təklifləri müzakirə olunacaq?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















