“Rusiya ABŞ ın nizamlanma variantını qəbul edib” Peskov
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“ABŞ-ın təklif etdiyi nizamlanma variantını Rusiya qəbul etdi, lakin Ukrayna tərəfindən rədd edildi”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi qeyd edib ki, amerikalılar hamı üçün məqbul olan nizamlanma variantlarını formalaşdırmaq istəklərində səmimidirlər.
"Təklif olunan variantı biz qəbul etdik, lakin ukraynalılar qəbul etmədilər”, - Peskov söyləyib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını təşviq etmək istəyi tamamilə Rusiyanın maraqlarına uyğundur:
“Rusiya ABŞ-ın Ukraynanı silahlandırmağa davam etməsini nəzərə alır. Bununla belə, Moskva ABŞ administrasiyasının Ukrayna məsələsində nümayiş etdirdiyi ikili mövqedən Rusiyanın maraqlarına uyğun gələn hissədə istifadə etməlidir. Onların sülh yolu ilə nizamlanmaya kömək etmək istəyi bizim maraqlarımıza tam uyğundur”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















