Rusiya aktivlərindən istifadə etmək hüquqi nihilizmdir Zaxarova
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Şurasının Kiyevə verilən kreditin əvəzinə Rusiya aktivlərindən istifadə etmək "hüququnu" bəyan etməsi hüquqi nihilizmdir.
"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Avropa İttifaqı Rusiyanın suveren aktivlərinin faktiki müsadirəsi məsələsinə yalançı hüquqi həll yolu tapmaq cəhdlərini davam etdirir.
"Brüssel Kiyevə verilən kreditin əvəzini ödəmək üçün Rusiya aktivlərindən istifadə etmək "hüququnu" özündə saxladığını və bu pulun ən azı bir hissəsinin Avropa müdafiə sənayesinin gücləndirilməsi üçün istifadə edilməsini qeyd etməklə bir daha hüquqi nihilizmlə fərqlənib".
Zaxarova vurğulayıb ki, suveren aktivlərin dondurulması, onlardan əldə edilən gəlirlərin istifadəsi və onların müsadirə edilməsi cəhdləri beynəlxalq hüququn, o cümlədən dövlətlərin suveren bərabərliyi, dövlət əmlakının toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinin kobud şəkildə pozulmasıdır".
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















