Rusiya aktivlərinin dondurulmasının dollara təsiri olacaqmı? Analitik AÇIQLADI
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya aktivlərinin dondurulması ABŞ-yə zərbə vurub.
Sfera.az bildirir ki, bunu analitik Devid Qoldman deyib. O bu barədə “Asia Times”da dərc olunan məqaləsində qeyd edib.
“Rusiyanın milyard dollarlıq aktivlərinin dondurulması Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin mərkəzi banklarını ABŞ Xəzinədarlıq istiqrazlarından aktiv şəkildə xilas olmağa məcbur etdi. Bu, məhsuldarlığa olan təzyiqi 0,8% artırdı. Bu da olduqca ağrılıdır,” - Qoldman bildirib.
O qeyd edib ki, bu hərəkət ABŞ dövlət istiqrazlarına xarici investisiyaların azalmasına səbəb olub. Qoldmanın fikrincə, bu prosesin ABŞ-nin maliyyə sabitliyi üçün uzunmüddətli nəticələri ola bilər:
“Aktivlərin dondurulması qərarı, ehtiyatlarını təmin etmək istəyən dünyanın əsas iqtisadiyyatları arasında zəncirvari reaksiyaya səbəb olub. Bu da dollar sistemini zəiflədə bilər”.
Qeyd edək ki, dekabrın 19-da keçirilən Avropa Birliyinin sammitində Ukraynaya təzminat ödənilənə qədər Rusiyanın aktivlərinin dondurulması ilə bağlı qərar qəbul edilib. Avropa Komissiyasının məlumatına görə, Rusiyanın Avropa ölkələrində dondurulmuş aktivləri ümumilikdə 200 milyard avrodan çox təşkil edir. Bunun da 176 milyard avrosu “Euroclear” depozitarındakı hesablardadır.
Günay
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 11 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















