Icma.az
close
up
RU
Rusiya Avropa qazını azaltdı

Rusiya Avropa qazını azaltdı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiyanın enerji şirkəti “Qazprom” Ukrayna ərazisindən Rusiya qazının nəqli ilə bağlı razılaşmanın müddətinin bitməsinə bir gün qalmış Avropaya göndərilən qazın həcmini azaltdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya bunu qazının Ukrayna üzərindən Avropaya axını ilə bağlı razılaşmanın müddətinin bitməsinə bir gün qalmış elan edib. Enerji şirkəti “Qazprom” müqavilənin müddəti yanvarın 1-də başa çatana qədər Avropaya 42,4 milyon əvəzinə 37,2 milyon kubmetr qaz nəql ediləcəyini açıqlamışdı.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 26-da verdiyi bəyanatda bildirib ki, bu il Ukrayna ərazisindən qaz tədarükü ilə bağlı razılaşma əldə etməyə vaxt yoxdur.

Ukrayna bəzi Avropa ölkələrinin təzyiqlərinə baxmayaraq, müharibə səbəbindən Rusiya ilə yeni müqavilə bağlamaqdan imtina edir. Ukrayna razılaşmanı rədd etməklə Rusiyadan illik 800 milyon dollar ödəmədən imtina edəcək. Rusiyanın enerji nəhəngi “Qazprom” Ukraynadan keçən təxminən 5 milyard dollarlıq satış marşrutunu itirəcək.

Ukrayna ərazisindən qaz axınının dayandırılması Ukrayna ilə qonşu olan keçmiş sovet ölkəsi Moldova üçün böyük zərbə olardı. Avropa İttifaqı daxilindəki vəziyyətdən ən çox təsirlənəcək ölkə Slovakiya olacaq.

Slovakiyanın Baş naziri Robert Fiko Ukraynanın Rusiya qazının keçidini dayandıracağı təqdirdə Ukraynaya qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib. Slovakiya lideri Ukraynanı elektrik enerjisinin verilişini kəsməklə hədələmişdi.

Slovakiya İqtisadiyyat Nazirliyindən verilən açıqlamada, ölkənin Ukraynadan tədarükünün kəsilməsi səbəbindən təbii qaz çatışmazlığının yaşanmayacağı bildirilib. Digər tərəfdən, bəyanatda vəziyyətin maliyyə təsirinin olacağı və qaz şirkətlərinin alternativ tədarük marşrutları üçün 177 milyon avro daha çox ödəməli olacağı bildirilib.

Ukraynanın qonşu ölkələrindən biri olan Macarıstan Qara dənizdən keçən “Türk axını” kanalı ilə cənubdan Rusiya qazını almağa davam edə biləcək.

Ukrayna və Avropadakı müharibənin alternativ mənbələrə çevrilməsi ilə bir vaxtlar dünyanın ən böyük qaz ixracatçısı olan “Qazprom” 2023-cü ildə 7 milyard dollar itirərək, 1999-cu ildən bəri ilk dəfə ili itki ilə bağladı. Rusiyanın Avropaya təbii qaz tədarük etdiyi “Yamal Avropa” və “Şimal axını” boru kəmərləri əvvəllər işlək vəziyyətdə idi. Hazırda yanvarın 1-dən etibarən “Türk axını” Rusiya qazının Avropaya nəqli üçün yeganə marşrut olacaq.

Ucuz rus qazının tədarükünün azalması genişmiqyaslı iqtisadi yavaşlamaya, inflyasiyanın artmasına və Avropa üçün yaşayış dəyərinin artmasına səbəb olub.

Nigar
"Cebheinfo"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see287

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see276

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see238

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see221

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see205

Gənc ana və oğulları

09 İyun 2026 03:48see202

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see196

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see184

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see180

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see174

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see174

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see169

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see163

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see154

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see154

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see153

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see153

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see152

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see151

ABŞ nin nüvə aviadaşıyıcısında hərbçi güllələnərək öldürüldü

09 İyun 2026 18:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri