Rusiya Avropanı nüvə zərbələri ilə hədələdi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kalininqradın blokadaya alınacağı təqdirdə, rəsmi Moskvanın nüvə silahı ilə cavab verəcəyi Rusiyanın normativ sənədlərində əksini tapıb.
“Polşadan və digər Avropa ölkələrindən Kalininqrad məsələsinə də toxunan çoxsaylı açıqlamalar eşitmişik, bəziləri olduqca azğın bəyanatlardır. Buna görə də diplomatlarımızın Avropadakı qızğın başlara bu məsələ ilə bağlı sənədlərimizi xatırlatmağa çalışması tamamilə təbiidir”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, son üç gün ərzində Belçika, Böyük Britaniya və İrlandiyadakı Rusiya səfirlikləri Moskvanın NATO-nu Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə davamlı olaraq xəbərdar ediblər.
Baxış sayı:44
Bu xəbər 30 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















